Siyasət

İqtidar hərəkətə keçdi: xalqı qıcıqlandıran deputatlara barmaq silkələnib - Detallar

11-12-2016, 17:48
Baş verən böhranlar, yeni müharibə ocaqlarının alovlanması, aparıcı dövlətlərin siyasi aləmdə yaratdıqları gərginliklər və digər xarici amillər nəticəsində neftin qiymətinin kəskin aşağı düşməsi 2017-ci ilin büdcəsinin ümumi parametrlərinə müəyyən təsirini göstərib.

Bu gün əhalinin aztəmiantlı təbəqəsinə verilən ünvanlı sosial yardımların kəsilməsi məsələsi, təklifi cəmiyyətdə əlavə gərginlik və stress yaradacaq. Ona görə də indiki çətin məqamda belə fikirlər səsləndirməkdən uzaq olmaq lazımdır.

Politika.Az-ın İqtisadiyyat Şöbəsinin xəbərinə görə, cəmiyyətdə bir narahatlıq və gərginlik hökm sürür. Əgər ünvanlı sosial yardımın verilməsi dayandırılarsa, bu, cəmiyyətdə əlavə gərginliyə səbəb olacaq. 

Heç olmasa, əhalinin aztəminatlı təbəqəsi bu yardımdan istifadə etməklə, özünü birtəhər dolandırır. Ona görə cəmiyyətdə əlavə stress yaradacaq təkliflərdən uzaq olmaq lazımdır. Hesab edirəm ki, belə məsələnin gündəmə gətirilməsi ədalətsiz yanaşmadır. 

Millət vəkili Qüdrət Həsənquliyev parlamentdə büdcə müzakirəsi zamanı deyib ki, artıq kəndlərdə insanlar vedrə ilə un almağa başlayıblar. 

Tarif Şurasının qaz və işığı bahalaşdırması cəmiyyətdə böyük qəzəb doğurub. Əhali hökumətin bu addımını ciddi şəkildə tənqid edir. 

Böhranın dərinləşməsi və xalqın yoxsullaşması fonunda qiymət artımına gedilməsi insanların əsəblərini tarıma çəkib. Belə vəziyyətdə isə millətin vəkilləri sayılan bəzi deputatlar bahalaşmaya haqq qazandırır. 

Onların arasında əksəriyyəti bizneslə məşğul olan madat sahibləridir. Belə deputatların susması daha faydalıdır. Politika.Az-ın əldə etdiyi bilgilərə görə, artıq siyasi rəhbərlik tərəfindən həmin deputatlara xəbərdarlıq olunub. 

Həmin deputatların nəzərinə çatdırılıb ki, cəmiyyəti aqressivləşdirən və qıcıqlandıran çıxışlara son qoysunlar. Çünki cəmiyyətdəki narazılığı körükləyirlər və odun üstünə su əvəzinə közlə gedirlər.

Onu da deyək ki, prezident İlham Əliyevin göstərişi ilə Tarif Şurasının son qərarları ləğv oluna bilər. Bu barədə hakimiyyətdəki mötəbər mənbədən bizə verilən məlumatlarda deyilirdi. 

İddia olunur ki, ölkə başçısının xalqın narazılığına səbəb olan işıq və qazın bahalaşması ilə bağlı tapşırıq verəcəyi gözlənilir. 

Mənbənin sözlərinə görə, hökumət daxilində Şuranın son qərarları ciddi narahatlıq və narazılıq doğurub. Hətta bu addımın özbaşına və mərkəzlə razılaşdırılmamış atıldığı vurğulanıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]