Siyasət

Əfqanıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

22-12-2015, 08:20
Əfqanıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib Dekabrın 22-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Xeberman.com-un AzərTac-a istinadən verdiyi xəbərə əsasən, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini aeroportda Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]