Reportaj

“NARDARAN IŞI-2” "XƏZƏR TV"-DƏ ŞIƏLIK,AZƏRBAYCAN XALQI TƏHQIR EDILIB

25-02-2017, 02:17
Xeberman.com-un verdiyi məlumatına görə,bu gün "Nardaran 2" işi üzrə məhkəmə prosesi Hakim Mayıl Bayramovun sədirliyi ilə davam edib .
Ötən prosesdə ifadəsini tamamlamayan Ramin Əliyev ifadəsinə davam edib.
Hakim :Mayıl Bayramov istintaq zamanı ifadəndə bildirimsən ki, Ağəli Yəhyayev, Zülfiqar Mikaylzadə və s Nardaran qəsbəsində yığıncaqlar keçirməmisiniz?
Ramin Əliyev: İstəyirəm biraz ətraflı danışım
Hakim: Xeyir olmaz qısa danışın hə, yox de.
Ramin Əliyev: hörmətli hakim başımıza gətirilən bu hadisələr qısa zamanda olmayıb ki, qısa zamanda danışım. İmkan verin əhatəli danışım.
Hakim: Sən keçən prosesi 2 saat danışdın.Çoxunu da dindən danışdın indi yekunlaşdır.
Ramin Əliyev: Hörmətli hakim dindar dindən danışar da.Biz dindən danışdığımıza görə həbs olunmuşuq. Burda qeyri adi nə var. Biz ətraflı danışırıq.Biz dindarıq və dindar kimi danışırıq.
İndiyə qədər 200 yaxın adam tutumuşdular. Tutulanlardan indiyə qalan cəmi 60 yaxın adam var. Onunda cəmi 20-si Müsəlman Birliyinin üzvüzdür. Məndən həmişə soruşurlar Hacı Tale açıq aydın danışır niyə və kimə güvənir. Mən həmişə demişəm Hacı Tale Allaha və Konstutisiyaya güvənir. İkincisi biz çöldə olanda bir məmur tapıb danışa bilmədik dindarların problemindən. Amma ermənilərlə danışıqlar aparırlar ki, nədir sülh olsun.
Azərbaycan talerantdır Xiristiyana ,Yəhudilərə, İsrayılın prezidenti Netanyahu Azərbaycanı tərifləyir deyir ki, Azərbaycan tolerantdır.Bilirsiniz niyə çünki, Azərbaycanda dövlət senaqoq tikir ,yahudi məktəbi tikir . Bizi isə tərifləyə bilmirik çünki, bizdə məscidi sökürlər.
Hakim: Nə danışırsan bizdə məscidi tikirlər, sökmürlər.
Ramin Əliyev: Bizlər tutulmamışdan qabaq Şəmkir rayonunda məscidi sökürdülər, Xanım Zəhra məscidini sökmək istəyirlər. Tək Cəlilabadda 200 yaxın məscid var onun 20-si rəsmi qeydiyyatdan keçib qalanları keçmirlər. Səbəbini hələdə bilmirik. Hicablı xanımlar şəxsiyyət vəsiqəsinə hicablı şəkil çəkdirə bilmirlər.Tolerant ölkələrdə bu olmur, heç bir xiristiyan ölkəsində belə olmayıb. Bacılarımız hicablı geyinib məktəbə getməyə qoymurdular.
Hakim: Elə şey olmayıb.
Ramin Əliyev: Bəs dindarlar niyə təhsil nazirliyinin qabağında mitinq etdi onda.
Hakim :Niyə etdiniz qoyun camaat öz istədiyi kimi hicab örtsün .
Digər ittiham olunanlar bu suala etiraz edir və deyir , cənab hakim biz analarımızın ,bacımızın məktəbə hicablı getməsi üçün mitinq etdik təhsil nazirliyin qabağında etiraz olaraq.
Ramin Əliyev: Məni tutmamışdan qabaq Cəlilabad polis idarəsində iclas keçiriblər . Orada tapşırıq olub ki, mənim haqqımda məlumat yığın . Mən tükan işlədirdim. Bazara gedib gəlirdim. Hamı deyirdi ki, get xaricə. Mən də hamıya deyirdim ki, mən heç nə etməmişəm niyə qaçım. Sonra gördüm tükanımı izləyirlər . Həmin vaxt Facebookda da paylaşırdılar ki, insanları necə şərləyir, şərəfsizcəsinə həbs edirlər ona görə çölə ,bazara çıxmadım.
Hakim: İşin mahiyyəti üzrə danış .
Nahid Qəhramanov: İşin mahiyyəti üzrə danışır .
Ağəli Yəhyayev: Qoymursunuz rahat danışsın
Ramin Əliyev fikrinə davam edir. Mən evdə namaz qılırdım dualar edirdim . Həmin vaxtdı çox sayda dindarlar və digər qohum əqrəbə çox saylı zənglər edirdi. Məndə tutulacağımı bilirdim.Zəng edənlər barəsində suallar verməməsi üçün telfonları götürmürdüm. Birdə gördüm tandığım vəzifəli bir adam mənə zəng etdi. Onun telfonunu götürdüm.O dedi ki, sənə bir nəfər zəng edəcək onun telfonunU götür. Həmin adam zəng etdi dedi rəisin müavin Səfər sənən görüşəcək. Gedim görüşdüm bölmədə məni yaxşı qarşıladılar . Mənə dedilər gedək evinizə orada baxış keçirək . Evdəkilərə deyin nə isə etməsin ayıbdır sakit girib çıxaq . Məndə dedim ayıbdır bizdə qadınlar heç zaman kişi olan yerdə danışmaz . Buyurun gedək.
Evə çatanda atam həyətin qapısın açdı. Dedilər ağsaqqal Bakıdan gəlmişik.Evinizə baxış keçirməyə gəlmişik. Atam dedi buyurun. Gəldilər evə bir -bir gözyarı evlərə baxırdı sonra gəldilər yatağ otağına ora baxırdı, bura baxırdı, bir göz isə digər əməliyyatçıya baxırdı. Sonra gəldi əməliyyatçının olduğu yerə yaxınlaşdı onun yanında nalça var idi. Nalçaların altına baxanda qunbara deyib qışqırdı.Çöldən 20 manatlıq üzəduran gətirdi şahid kimi. Oda yalandan şahidlik etdi. Sonra gəldi dini kitablarıma baxmağa.Həmin vaxtI dini kitablarımın çoxsu ərəb- fars dilində olduğundan elə belə vərəqləyirdi. Birdən əlini pencəyimin cibinə saldılar və dedilər buda səndəymiş. Bir neçə vərəqlik kitabçaydı.Evdən çıxırdıq.Atam əmliyyatçılara yaxınlaşdı dedi Allah baxır,Allahdan qorxun.Bircə bunu dedi. Əməliyyatçıların sanki, Allah ağlını başından almışdı.Mən olsam belə əməliyyat aparmazdım .Mən facebookdan oxumuşam ki,tutulanların demək olar hamsını ataları və qardaşları ilə qorxudurdular.Məndə də həmin şey eyni cür təkrarlandı.Mən bölməyə getiriləndə dedilər ki,qunbaranı zibillikdən tapmışam və sonra yaz ki, güya polisə gətirəcəydim,güya işim oldu gətirə bilmədim.Mən bunu yazmaqdan imtina edəndə atamla qorxutdular.Gördülər buna da dirəşirəm sonra məni söyüşlə,döyməklə qorxutdular.Mən ailəmin ,doğmalarımın söyülməməsi üçün məcbur oldum yazdım.Vəkillə təmin olunmadım. Sonradan vəkil gətirdilər. O da qol çəkdi və gətirdilər bakiya BMCMİ -nə.Müstəntiq tərcümeyi halımı soruçdu,onuda yazdılar.Ondan başka heç nə soruçmadılar.Sonrakı günlər məni yenidən çağırdılar otağa.Kompyuterdən 20-yə yaxın yazılı vərəq çıxardılar. Mənə dedilır ki, qol çək.Mən qol çəkməyəndə iki nəfər idmançı oğlan çağırdılar.Qol çəkməsəm döyəcəydilər deyə məcbur oldum qol çəkdim.Sonra Kərəmin yanına apardılar ,iki sayt yarım döydülər.Orda Tale Bağırzadənin üzünə durmağımı istəyirdilər.Güya mənə silahı Tale Bağırzadə verib,çevriliş etmək üçün.İki saat yarım döydülər,artıq mən huşumu itirmişdim. Məni bir təhər ayıltdılar.Mənə dedilər ki,səni elə hala salarıq ki,zonda səninlə heç kim oturmaz. Sonra mənə 3saat vaxt verdilər. Mən dedim ki, nə edirsiz edin mən heç nəyə razılaşmayacam.Hörmətli hakim biz Müsəlman Birliyinin üzvü olduğumuz üçün həbs olunmamışıq,ancaq bizə Müsəlman Birliyindən sual verirsiz.Birdə güya Tale Bağırzadə kitabça yazıb ele o kitabçadan sual verirsiz.Biz verdiyiniz suallarla ittiham olunmuruq.Bu verdiyiniz suallar onu göstərir ki, məhkəmədən ədalətli qərar gözləmək absurtdur.Biz ittiham olunuruq ki, dövlət çevrilişinə cəhd maddəsi ilə.Niyə bir dəfə sual vermirsiniz ki,dövlət çevrilişinə niyə cəhd edirsiz "əgər etmişiksə".Adətən hakimiyyəti devirmək üçün iki səbəb olur ya tamah,ya islahat.Bizim tamah məqsədimiz olmayıb.Bizim məqsədimiz islahat olub.Hakimiyyəti devirməklə deyil sivil qaydada islahat aparmaq idi.Misal üçün dəfələrlə tvlərdə,məxsus da "Xəzər tv"-də şiəlik,Azərbaycan xalqı təhqir edilib.Bununla bağlı QMİ-yə dəfələrlə məktublar yazdıq,amma heç bir əhəmiyyət verən olmadı.Bu cür islahatlı addımlarımız çox olub,mən hamsını desəm məhkəmənin vaxtı çatmaz ona görə yekunlaşdırıram.Məhkəmə fasilə elan elədi.



Fasilə əsnasında İsa Lenkaranlı danışdı:
Hamını salamladı,Cümə günü münasibətilə təbrik etdi və bildirdi ki,Nardaran işi əməliyyatı hökumətin sonunu gətirən bir əməliyyat oldu.Bu əməliyyatda qardaşlarımıza qarşı və mənə qarşı olunan işgəncələr və təhdidlərlə alınan ifadələr ifşa olundu.Onlar bir tədbir görmüşdülər,amma Allah Quranda buyurduğu kimi"Tədbir görənlərin ən yaxşısı Allahdı"Necə ki,Kərbəlada yezid İmam Hüseyn üçün etdiyini bunlar bizim üçün etdilər. Onlar gözləmirdilər ki,siz əzizlərimiz bizləri proses vaxtı tək qoymayacaqsız.İstər Nardaran 1,istərNardaran2,istər Nardaran 3-ə həmişə gəlirsiz.Media bizi gündəmdə saxladı.Sosial şəbəkədə siz bizim təbliğatımızı gördüz.Yerli və beynəlxalq hüquq müdafiəçiləri bizimlə bağlı bəyanatlar verdi.Təbii ki, biz onların hər birinə öz təşəkkürümüzü bildiririk.Bunlar hamsı Allahın tədbirinin ən üstün əlaməti idi ki, hökumət ifşa olundu.Mən burdan hamıya arxayınçılıq vermək istəyirəm ki,bu Nardaran işində həbs olunanlar İmamın zühurunun bir nişanəsidir.Bəziləri mənim keçən çıxışımı fantaziya kimi qiymətləndirib,eybi yox haqqımı onlara halal edirəm.Amma cəmiyyətimizə böyük təsir qoyduğundanda xəbərim var.Mənim danışığıma ağız büzənlər vaxtı ilə Hacı Taleə də ağız büzürdülər.Deyirdilər ki, Hacı Tale Leyla Yunusu niyə dəstəkləyir.Amma Hacı Tale bu günki prosesləri görürdü,bilirdi ki,Nardaran işində ona ən böyük dəstəy verən Leyla Yunus olacaq.Mən Tale Bağırzadəni Şeyx Bahaiyə oxşadıram. Necə ki, Şeyx Bahai 40-50 il qabağı görürdü,Hacı Taledə həmçinin.Sizə bir qissəni danışmaq istəyirəm Şeyx Bahai öləndə vəsiyyət edir ki, məni 10 metr dərinə basdırın. Soruşurlar niyə.?Deyir vaxtı çatanda bilərsiz.50 il sonra İmam Rza ə rəhmətə gedir,həmin yeri 8metr dərinə qazmaq lazım olduğunu prağraf deyir.Və həmin vaxtı hamı başa düşdü ki Şeyx Bahai buna görə 10 metr dərinə basdırılmağını istəyirmiş.İndi bir çox dostlar,rühanilər Hacı Talei və bizləri başa düşmür.Bir neçə il keçəcək başa düşəcəklər ki, biz neynədik və nə elədik.

Fasilə bitdi.
Elgün Axundov məhkəməyə ifadə verir. Hamını salamlayır ,istintaqa verdiyi ifadəni təsdiqləyir,amma ittiham olunduğu maddələri qəbul eləmir. O həbs olunduğunu belə xatırlayır.2015-ci il noyabrın ayının 30axşam vaxtı evdə idim.Birdən qapı döyüldü. Nə qədər soruçdum cavab verdilər,amma kimliyini demədilər.Qapını gördüm qırırlar,məcbur oldum açdım.Adımı soruşmadan,özlərini təqdim etmədən qoluma qandal vurub apardılar.Onlardan nə qədər soruçdum siz kimsiz,nəçisiz cavab vermirdilər.Onların birinin əlində silah var idi. Dedi çox danışma səni vuraram. Onlardan biri dedi BMCMİ-nin əməkdaşıyıq.Məni gətirdilər Binəqədi polis idarəsinə.Rəisin yanına çıxartdılar.Oda mənə heç nə demədi,sonrada müstəntiqin yanına çıxartdılar.Sonra mənə məlum oldu ki,bizim evdə polis məni tutub aparandan sonra qeyri-qanuni axtarış olub.Mənə maraqlıdı ki,niyə mən olanda evdə axtarış aparmadılar.Evdə əmanət pul olub,özümündə pulum olub onlarıda götürüblər.Nəhayət güya iki nəfər hal şahidi olub,amma onlar evdə olmayıb.Binəqədi rayon məhkəməsi mənə 3 ay qəti imkan tədbiri seçmişdi.Bir dəfə də olsun heç bir istintaq hərəkətləri həyata keçirmədilər.Nə də müstəntiq gəldi.Sonra BMCMİ-nə gətirdilər. Orada da yeni maddələr əlavə etdilər.Mən bu gün də fikirləşirəm ki,niyə maddələrlə həbs edilmişəm.Misal üçün 281-ci maddə var. Orda qeyd olunub ki, dövlət əleyhinə çıxış etmək. Bununla bağlı heç bir sübut yoxdu.Amma bu maddə ilə ittiham olunuram.228.4 maddəsi silah almaq,silah satmaq ,silah gəzdirmək və.s bununla bağlı bir dənə də olsun sübut yoxdu.13 ay istintaqım davam etdi. Bir dənə də olsun sübut gətirə bilmədilər.
Növbəti məhkəmə prosesi 3mart saat 14:00 da olacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]