Ölkə

Mənzil sənin, sayğac başqasının adınadır - Belə vəziyyətdə nə etməli?

17-10-2016, 02:41

Qaz sayğacı, işıq sayğacı mənzil sahibinin adınadır. Amma su sayğacı mənzilin əvvəlki sahibinin. Və yaxud da ki, əksinə. Bakıda və rayonlarda kifayət qədər belə mənzillər var. Bəs görəsən eyni mənzildə müxtəlif sayğacların elə müxtəlif adamların adına qeydiyyatda olması hansısa problemə gətirib çıxara bilərmi?

Bakıda və ya rayonlar çoxlu belə məznillər var. Mənzildəki qaz, işıq və su sayğacları bəzən müxtəlif adamların adlarına olur.

Vətəndaşların suallarını aidiyyatı qurumlara ünvanladıq. "Azərsu" Açıq Sahmdar Cəmiyyətindən bildirirlər ki, vətəndaş buna görə narahat olmasın.

Amma yaxşı olar ki, vətəndaşlar yeni aldıqları mənzillərdəki sayğacları da öz adlarına keçirsinlər. Bu prosedur isə olduqca sadədir. "Azərsu" və "Azəriqaz"dan bildirdilər ki, bunun üçün hənsısa rüsum da ödənilmir. (xezerxeber.com )

Administratorla əlaqə

077 611-55-22

[email protected]