Ölkə

Abbas Hüseynin sərt çıxışlarına görə qardaşı “bandotdel”ə aparıldı

6-10-2016, 02:14

Hüseynağa Hüseynovun qardaşı Abbasın hökumətin və adamlara işgəncə verən polislərin ünvanına səsləndirdiyi tənqidlərə görə həbs edildiyi güman olunur

"Nardaran işi” üzrə həbs olunanlardan biri, hökumətin ünvanına sərt fikirlər səsləndirən Abbas Hüseynin qardaşı həbs olunub. Bu barədə "Azadlıq”a daxil olan məlumatda bildirilir ki, 30 yaşlı Hüseynağa Məmmədbağır oğlu Hüseynovu bu gün saat 20.30 radələrində yaşadığı evin yaxınlığında zorla maşına mindirib aparıblar.

Məlumata görə, Hüseynağa Hüseynovu həbs etməyə iki maşın silahlı gəlib. Onlar yaxınlaşaraq, Hüseynağa Hüseynovun kim olduğunu soruşublar. Özünü təqdim edəndən sonra onu zorla naməlum istiqamətə aparıblar. Yaxınları onun yerini müəyyənləşdirmək üçün müxtəlif polis idarələrinə müraciət ediblər. Sonradan öyrəniblər ki, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparıblar. Onun hansı səbəbdən saxlanıldığı barədə yaxınlarına heç bir məlumat verilmir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]