Ölkə

MTN-nin tutduğu şeyxin adamının məhkəməsi oldu- şahidlər ifadə verdi

30-08-2016, 13:04
Avqustun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri, ilahiyyatçı Elşən Mustafaoğlunun məhkəmə prosesi davam etdirilib.

Musavat.com-un əldə etdiyi məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Məlumata görə, şahidlərdən heç biri E.Mustafaoğlunun əleyhinə ifadə verməyib.

Xatırladaq ki, ilahiyyatçı ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilmədiyini, ittiham aktı onun günahkar olduğunu sübut edən heç bir konkret fakt olmadığını deyib. İlahiyyatçı günahkar olduğu sübut ediləcəyi və konkret faktlar göstəriləcəyi halda özünü təqsirli biləcəyini etiraf edəcəyini deyib.

Qapalı keçirilən məhkəmə prosesi sentyabrın 6-da davam etdiriləcək.

Məlumat üçün bildirək ki, E.Mustafaoğlu bundan əvvəlki məhkəmə prosesində ləğv edilmiş MTN-də ondan Allahşükür Paşazadə və Milli Qəhrəman Rövşən Əkbərovun əleyhinə ifadə almaq istədiklərini demişdi.  

Xatırladaq ki, E.Mustafaoğlu 2014-cü ilin dekabr ayında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]