Ölkə

İlham Əliyevin təlimatı ilə sərhədlərimiz Türkiyə TIR-larına açıldı

29-11-2015, 21:44
İlham Əliyevin təlimatı ilə sərhədlərimiz Türkiyə TIR-larına açıldıRusiya Türkiyəyə məxsus TIR-ların Mərkəzi Asiyaya gedə bilməməsi üçün müxtəlif maneələr yaratmasından sonra prezident İlham Əliyevin təlimatı ilə yük maşınlarının Azərbaycandan keçməsi asanlaşdırılıb.

Xeberman.com-un məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyinin Beynəlxalq yükdaşımalar dərnəyinin açıqlamasında bildirilir ki, Rusiya üzərindən Qazaxıstan, Qırğızıstan və Tacikistana getmək istəyən Türkiyə dövlət nişanlı yük maşınları bundan sonra Xəzər dənizi dəhlizini istifadə edəcək.

Suriya sərhədində Rusiyaya məxsuss Su-24 bombardmançı təyyarəsinin vurulmasından sonra Türkiyə TIR-ları neçə gündür ki, Gürcüstandan Rusiya ərazisinə buraxılmırdı.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ötən həftə Bakıda səfərdə olarkən azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə Türkiyə TIR-larının yük daşımasında problemlərin yaranması ilə bağlı məsələ qaldırmışdı. Nazir Məmmədyarov isə məsələni prezident İlham Əliyevə məruzə edib.

Bundan sonra İlham Əliyev Türk TIR-larının tranziti üçün hər cür yardımın edilməsi ilə bağlı təlimat verib. Təlimatdan sonra iki ölkənin səlahiyyətliləri qərara gəlib ki, türk TIR sürücülərinin sərhədi keçməyə dair sənədi olmasa da cəzalandırılmayacaq.
Beynəlxalq yükdaşımalar dərnəyinin icraiyyə komitəsinin rəhbəri Fatih Şener Azərbaycandan və Xəzər dənizindən tranzit yolu olaraq keçidin xərci çox olduğuna görə bu günə kimi istifadə edilmədiyini bildirdi.

İlham Əliyevin təlimatını xatırladan Şener deyib ki, Rusiya ilə böhrandan sonra Azərbaycan çarəsiz qalan Türkiyə TIR-larına sahib çıxdı. Azərbaycan prezidentinə təşəkkür edən Şener bu tranzit yolun daimi olmasını arzu edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]