Ölkə / Avto / Foto Fakt

Nazir müavini və oğlunun zəngin maşın kolleksiyası – 123-lər – FOTOLAR

28-07-2016, 17:34

İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvanda yerləşən "Araz” zavodunda baş vermiş partlayış ölkə gündəminin əsas mövzularından biridir.

Hadisə nəticəsində 2 nəfər həyatını itirib, çoxlu sayda yaralananlar var. Dövlətə külli miqdarda maddi ziyan dəyməsinə də şübhə yoxdur. Baş verən bu hadisənin fonunda azpolitiko.info saytı maraqlı araşdırma aparıb. Araşdırmada xeryli diqqətçəkən və maraqlı faktlardan və ehtimallardan söz açılır.

Sayt bu araşdırmasında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev və onun oğlu Elvin Musayevin hansı mənbədən dəyəri 100 min dolları aşan avtomobillərlə yanaşı, ata-balanın biznesi haqda ilginc iddialara toxunub. Bildirilib ki, nazir müavini Yəhya Musayevin oğlu Elvin Musayevə məxsus bütün avtomobillərin dövlət nömrə nişanlarını "123”-lə bitir, hətta bu siyahıya onun 100 min dollara aldığı telefon nömrəsi də əlavə edilir.

Qeyd edək ki, Elvin Musayev "facebook” hesabını da (profil URL) "elvin 123″ kimi qeydiyyata aldırıb. Və burada özünün müxtəlif ölkələrdə çəkilmiş çoxsaylı şəkillərini yerləşdirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]