Ölkə

Anadolu Universitetinin Azərbaycandakı fəaliyyəti qanunsuzdur!

14-07-2016, 18:52
Anadolu Universitetinin Azərbaycandakı fəaliyyəti qanunsuzdur!

Təhsil Nazirliyindən rəsmi açıqlama: Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Ticaret Anonim Şirketi- nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Anadolu Universiteti adından Azərbaycanda fəaliyyəti qanunsuzdur! Anadolu Universiteti Azərbaycan Proqramlarından məzun olanların diplomları Azərbaycanda tanınmamaqdadır! 


2014-cü ildən Türkiyə Cümhuriyyəti Anadolu Universitetinin Azərbaycandakı rəsmi tərəfdaş qurumu Azərbaycan Türkiyə İş Adamları Birliyi ( qısaca ATİB ) görünsə də, Anadolu Universiteti adından imtahanların və tədris keçirilməsinə texniki dəstəyi "Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Ticaret Anonim Şirketi”- nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi həyata keçirməkdədir. Tələbələrdən alınan təhsil ödənişləri də onlarla rəsmi heç bir müqavilə bağlanmayaraq Şimali Kipr Türk Respublikasının (KKTC) paytaxtı Lefkoşadakı "Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Ticaret Anonim Şirketi”-nin Ziraat Bankındakı ofşor hesabına göndərilməkdədir. ATİB qeyri hökumət təşkilatı ( QHT) olduğu üçün komersiya məqsədi güdən fəaliyyətlərlə məşğul olması qadağandır. Fəqət ATİB İdarə Heyətinin sədri olan Camal Yanğın rəhbərlik etdiyi təşkilatın adından və nüfuzundan istifadə edərək dolayı yolla özünə bağlı olan "Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyini açmışdır.Rəsmi sənədlərdə və ATİB-in rəsmi saytında "Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Ticaret Anonim Şirketi”- nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru Türkiyə Cümhurriyyəti vətəndaşı Ömər Dönməz görünməkdədir. Ömər Dönməz , eyni zamanda Azərbaycanda əsasən inşaat sektorunda fəaliyyət göstərən və ATİB sədri olan Camal Yanğına bağlı "İstanbul Çarşı İmport Export LTD” şirkətində baş mühasib vəzifəsini icra etməkdədir:( Bax : https://www.istanbulcarsi.com/ ) Şirkətin Nümayəndəliyində əsas idari işləri isə, özünü "koordinator” adlandıran Azər Hətəmov icra etməkdədir. Tələbələrin ödəniş üçün banklara göndərilməsi və s. bu kimi məsələlər şəxsən onun rəhbərliyi altında həyata keçirilməkdədir. Görüldüyü kimi, hal-hazırda Anadolu Universitetinin rəsmi tərəfdaş qurumu olan ATİB ( Azərbaycan Türkiyə İş Adamları Birliyi ) sədri Camal Yanğın tələbələrdən təhsil haqqı adıyla yığılan milyon euroları özünə bağlı "Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Ticaret Anonim Şirketi”-nin xaricdəki ofshore hesabına gönderməklə qanunları kobud şəkildə pozmaqdadır. Azərbaycan Respublikasında "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqalllaşdırmasına ve terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanun var və həmin qanunun icrasına nəzarət edən və monitorinq aparan qurumlar mövcuddur.Azərbaycan Respublikası Vergilər Nazirliyinin göstərişi ilə, tələbələrdən alınan təhsil ödənişlərinin, onlarla müqavilə bağlanmadan xarici bir şirkətin hesabına köçürülməsi və s. bu kimi məsələlərin ciddi şəkildə araştırılması üçün növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.Yoxlamanın nəticəsində vergi qanunvericiliyin pozulması faktları aşkarlanmış və "Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Ticaret Anonim Şirketi”-nin Azərbaycandakı Nümayəndəliyinin məsuliyyətə cəlb olunması haqqında 20/ 11/ 2015-ci il tarixli Qərar çıxarılmışdır:Image titleImage title

Azərbaycan Respublikası Təhsil Nazirliyi isə qəti bir şəkildə"Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Ticaret Anonim Şirketi”- nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Anadolu Universiteti adından Azərbaycandakı fəaliyyətinin qanunsuz olduğunu bəyan etməkdədir:Image titleImage title

2014-cü ilə qədər Anadolu Universitetinin Azərbaycanda rəsmi Tərəfdaş Qurumu Avrasiya İnnovasiya İnstitutu İctimai Birliyi olmuşdur. Bu əməkdaşlıq Azərbaycan hökuməti rəsmiləri tərəfindən də dəstəklənməkdəydi: Image title 

Fəqət Anadolu Universiteti ilə Avrasiya İnnovasiya İnstitutu arasında əməkdaşlıq protokolu 2014-cü ildə tamamlandı. ATİB sədri Camal Yanğının da təzyiqləri ilə Universitetin yeni seçilmiş rektoru Naci Gündoğan, bəlli olmayan səbəblərdən Avrasiya İnnovasiya İnstitutu ilə əməkdaşlıq protokolunu uzatmayıb, Camal bəyin şirkəti ilə işləməyi uyğun görmüşdür. Hazırda 2500-dən çox tələbənin gələcəyi böyük bir sual altındadır. Vergi qanunvericiliyini pozduğuna görə məsuliyyətə cəlb olunan və Təhsil Nazirliyi tərəfindən fəaliyyəti qanunsuz hesab edilən bir xarici şirkət nümayəndəliyinin hələ də minlərlə tələbəni aldatmasına niyə Türkiyə Respublikasının Azərbaycandakı səfirliyi və Anadolu Universiteti rəhbərliyi göz yummaqdadır?

Administratorla əlaqə

077 611-55-22

[email protected]