Ölkə

AQRAR UNİVERSİTETDƏ İLİN SONUNCU ELMİ ŞURASI KEÇİRİLİB

11-07-2016, 19:35
 AQRAR UNİVERSİTETDƏ İLİN SONUNCU  ELMİ ŞURASI KEÇİRİLİB
 
Azərbaycan Dövlət Aqrar Universitetində 2015-2016-cı ilin sonuncu elmi şurası keçirilib. Hesabat xarakterli bu elmi şurada universitetin bir illik fəaliyyəti geniş formada təhlil edilib.
ADAU-nun mətbuat xidmətinin xəbərində deyilir ki, tədris ili universitet üçün uğurlu olub, qarşıya qoyulan məqsəqlərə tam əməl edilib. İl ərzində keçirilən "Tələbə məmuniyyət sorğusu”nun nəticələri barədə məlumat verən tədris işləri üzrə prorektor Anar Hətəmov sorğunun əhəmiyyətini vurğulayıb, səsvermənin nəticələrini açıqlayıb. Bildirib ki, təhsil sistemində əhəmiyyət kəsb edən sorğuda səs verənlərin anonimliyi qorunub və bütövlükdə nəticə ondan xəbər verib ki, universitetdə yaradılan şərait tələbələri tam qane edir.
İlin yekunu barədə məruzə çıxış edən rektor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov bildirib ki, il təhsil müəssisəsi üçün olduqca uğurlu olub.Tədrisin kefiyyəti yaxşılaşıb, maddi-texniki baza gücləndirilib və nəticə etibarı ilə tələbələrin yay simestrində əldə etdiyi uğurlar ürək açan olub. Geniş miqyasda təhlil aparan rektor əlavə edib ki, qarşıda daha mühüm vəzifələr dayanır və biz kənd təsərüffatının inkişafı üçün səviyyəli kadrlar hazırlamaqda bütün imkanları səfərbər edəcəyik.
Elmi şurada ilin ən yaxşı fakültəsi, kafedra, şöbə müdiri, tələbəsi, texniki işçisi elan edilib və onlar pul mükafatına və qiymətli hədiyyələr layiq görülüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]