Ölkə

"Grand Hospital"da azərbaycanlı məşhurun yaxın qohumu öldü

8-07-2016, 15:15

Ələsgərova müraciətində deyir ki, qardaşı iyunun 24-də öz ayağı ilə "Grand Hospital"a gedib.

Vətəndaş Afaq Ələsgərova ölkə.az-ın redaksiyasına müraciət edərək qardaşı, 1980-ci il təvəllüdlü Ramin Ələsgərovun həkimlər tərəfindən öldürüldüyünü bildirib.

Ələsgərova müraciətində deyir ki, qardaşı iyunun 24-də öz ayağı ilə "Grand Hospital"a gedib:

"İyunun 24-də öz ayağı ilə İnqilab küçəsində yerləşən "Grand Hospital"a qaraciyər xəstəlikləri şöbəsinin müdiri, hepatoloq Gülnarə Ağayevanın yanına müayinəyə apardıq.

Sadəcə, acqarına deyildi deyə evə qayıtdı ki, növbəti gün acqarına analiz versin. Həmin gün nə etdilərsə qardaşım komaya düşdü və həyatını itirdi. Həmin Gülnarə Ağayeva xəstəni qəbul edib, özü üç günlük istirahətə yollandı. Qardaşımı isə Zaur adlı dırnağarası həkimə tapşırdı. Qardaşımı öldürdülər. Yalvarıram, kömək edin, bu hadisəni Azərbaycanda hər kəs bilsin. Biz yandıq, qoy heç kim yanmasın o vicdansız qatillərin ucbatından. "Grand Hospital" ölüm məkanıdır. Sizə güvənirəm".

Xatırladaq ki, mərhum Ramin Ələsgərov müğənni Əbdül Xalidin xalası oğludur.

Mövzunu diqqətdə saxlayacağıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]