İdman

42-ci Ümumdünya Şahmat olimpiadasında qızıl medal!

4-06-2016, 23:40

 

42-ci Ümumdünya Şahmat olimpiadasında qızıl medal!

42-ci ümumdünya şahmat olimpiadasının (BAKU-2016) bəstəçiliy üzrə nəticələri artıq bəllidir. İkigedişli məsələlər bölməsi həmyerlimiz, dünya kubokunun sahibi Kənan Vəlixanovun (İmişli) qələbəsi ilə başa çatdı. O, 18 ölkədən 51 şahmatçının iştrak etdiyi bölmədə qızıl medal qazanaraq olimpiya çempionu oldu! Qızıl medal qazanmış şahmat əsərini nəzərinizə çatdırırıq.

Kenan Velikhanov (Azerbaijan)

Baku Chess Olympic ty 2016

1st Place (Gold medal)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

       #2 8+14 C+

1. Rd1? ~ 2. Se4# (A) (2. Bd4?) 1... Sc~ 2. Bd4# (C) 1... h1Q!

1. R:g4? ~ 2. Sd3# (B) (2. Bd4?) 1... e4!

1. Qa1! ~ 2. Bd4# (C) 1... Sd5 2. Se4# (A) 1... Sc4 2. Sd3# (B)

Neva və yalançı Le Grand mövzularını əks etdirən gözəl süjet. Ardıcıl olaraq bağlamadan açmalar, açılmış qara fiqurun digər qara fiqurları bağlamadan azad etməsi. Yalançı Le Grand mövzusu A və C alqoritmi ilə göstərilmişdir.Neva mövzusunun şərti belədir, Cəhdlərdə yaranan mat təhlükələri, növbəti fazada, bağlamadan açılan qara fiqurun müdafiələri zamanı mat edən gediş kimi ortaya çıxmalıdır. Hər üç fazada ağlar qara fiqurları açaraq onlara müdafiə olunmaq imkanı verir.Həll fazasında isə b6 xanasındakı at açıldıqdan sonra,onun müdafiə gedişləri digər qara fiqurları açır! Təhlükə və variantın mat gedişlərinin növbələşməsi-qaraların hər hansı müdafiəsinə qarşı (A və C gedişləri) Le Grand mövzusunu təmsil edir.Ağların piyadası yoxdur (Ağ əslizadə).

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]