Ölkə

Kərəm Həsənovun kadrı Neftçalada vətəndaşlara rüşvətsiz sənəd vermir İTTİHAM

26-06-2016, 17:59
Kərəm Həsənovun kadrı Neftçalada vətəndaşlara rüşvətsiz sənəd vermir İTTİHAM

Elektron poçt ünvanımıza Əmlak Məsələləri Dövlət Komitəsinin Yerqurluşu Lahiyə-Tədqiqat(Səlyan rayonu) mərkəzinin 19 saylı idarəsinin rəisi Vüsal Ağabəyovun özbaşınalığı ilə bağlı şikayət məktubu daxil olub. Şikayətçi yazır:
Yerqurluşu Lahiyə-Tədqiqat(Səlyan rayonu) mərkəzinin 19 saylı idarəsinin rəisi Vüsal Ağabəyovun özbaşınalığı baş alıb gedir. Bu idarə yaranandan Neftçala vətəndaşları torpaq sahələrinə reystırdən çıxarış almaq üçün Vüsal Ağabəyova 200 manat pul verməlidirlər, əks halda həmən torpağa heç çür katastır vermir.Bəhanə edir ki, 200 manat puldan ona 20 manat pul qalır qalan pullar Kərəm Həsənova çatır.Vətəndaşlar şikayət edəcəyini bildirdikdə sinəsinə döyür ki, mən idarə rəisiyəm, mənim arxamda Kərəm Həsənov dayanıb, hara istəyirsiniz şikayət edin, mən 200 manatı öz başına almıram yuxarıdan mənə göstəriş verilib məndə onu edirəm. Vüsal Ağabəyov bildirir ki, pul verməsəniz torpaqlarınızı örüş yaxud dövlət torpağı kimi icazə vermiyəcəm qeydiyyata alınsın.Ağabəyovun Neftçala camaatına qarşı bu nifrətinin səbəbi nədir bilinmir.
Neftçala sakini Bəhruz Əliyev  yazır ki, vətəndaş 1 aydır həyətyanı sahəsinə katastır sənədi almaq üçün Vüsal Ağabəyova bələdiyyə tərəfindən sənəd verib. Lakin Vüsal Ağabəyov vətəndaşdan pul ala bilmədiyinə görə Neftçala Bələdiyyəsinə bildirir ki, həmən yer örüş torpağıdır. Amma təxminən 20 gün bu arayışı verməmişdən əvvəl,Vüsal müəllim həmən torpağın ətrafında yerləşən sahələrə katastır verib.

Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!

Gələn yazımızda Neftçala sakinlərinin Neftçala rayon Şirvanlı kəndində bələdiyyədən aldıqları həyətyanı torpaq sahələrinin sənədləşdirilməsi üçün Reystiri  Xidmətinin 13 saylı ərazi idarəsində qarşılaşdıqları problemlər barəsində məlumat dərc ediləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]