Ölkə

Gəncəyə dolu yağdı

9-06-2016, 18:39

Gəncə şəhərinə dolu yağıb. 

"OpTime” xəbər verir ki, bu gün saat 17.10 radələrindən başlayaraq Gəncəyə yağan yağış sonradan doluya çevrilib. Diametri 1-2 sm olan buz parçalarının yağması təxminən 5-10 dəqiqə davam edib.

Gəncə şəhər İcra Hakimiyyəti aparatındna bildirilib ki, dolu şəhərdə fəsadlara səbəb olmayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]