Ölkə

İŞİD Türkiyənin hava limanını vurdu

28-05-2016, 19:53

İŞİD terror təşkilatı bu gün səhər saatlarında Türkiyənin Suriya ilə sərhəddə yerləşən Qaziəntəp şəhərindəki Sazqın hava limanına 2 raket atıb.

Xalq.az xəbər verir ki, raketlərdən biri hava limanının ərazisindəki bağa, digəri isə boş əraziyə düşüb.

Qaziəntəp şəhər rəhbərliyi terrorçuların əsas hədəfinin hava limanı olduğunu açıqlayıb.

Hadisə zamanı ölən və yaralanan olmayıb. Hazırda araşdırma aparılır.

Qeyd edək ki, İŞİD ötən gün də Qaziəntəpin Kilis bölgəsinə raket atıb. Türkiyə buna cavab olaraq, dünən axşam saatlarından etibarən 233 "Fırtına” özüyeriyən haubitsa, 4 tank və 40 reaktiv atəş sistemləri ilə İŞİD mövqelərini vurub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]