Ölkə

Hirsləndi, “Cola”nı damarına vurdu, öldü - Ağcabədidə ŞOK İNTİHAR

20-05-2016, 00:09

Hirsləndi,

 

Ağcabədi rayonunda "Coca-cola” içkisindən zəhərlənərək baş verən ölüm hadisəsinə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinidən münasibət bildirilib.
 
Mərkəzin şöbə müdiri İmran Abdullayev  saytına açıqlamasında bildirib ki, ilkin məlumata görə, Ağabəyli kəndində yaşayan Xocavənd rayon sakini Murad Nəsirov içkinin içərisinə dərman ataraq öz venasına vurub.
 
"Bu, içkini qəbul etməklə başa gələn ölüm hadisəsi deyil. Onun zəhərləyici komponenti yoxdur. İlkin məlumata görə, cavan oğlan kiməsə hirslənib narazılığı olub, "Coca cola”nın içərisinə dərman atıb və sonra onu da damarına vurub. Rayon şöbəsindən verilən ilkin məlumata görə, mayeni damarına vurub”.
 
Mayın 17-də Ağcabədi rayonunun Ağabəyli kəndində yaşayan Xocavənd rayon sakini Murad Nəsirov "Coca-cola” içkisindən zəhərlənmə ilə xəstəxanaya gətirilib və mayın 18-də orada ölüb.//Modern.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]