Ölkə

Əxlaqsız saytlar bloklanacaq - TƏFƏRRÜAT

19-05-2016, 16:43

Azərbaycanda valideynlər öz övladlarını internetin zərərli təsirindən qoruya biləcəklər. Azərbaycanın mobil operatorlarından birinin istifadəyə verdiyi paket sayəsində mümkün olub. Bunun üçün mobil telefonlarda "Websense” filtrasiya sistemi quraşdırılacaq. Sistem uşaqlar üçün zərərli ola bilən 90 tematik qrup üzrə 18 milyon veb-səhifəyə çıxışı məhdudlaşdırır. Sistemdən istifadə etmək üçün valideynlər təhlükəsiz internet paketi almalıdırlar.

Arzuolunmaz saytlara blok qoyulacaq

Əslində düzgün istifadə olunsa internet uşaqlar üçün çox faydalıdır. Lakin valideynlər uşağın internetdən istifadəsini hər an nəzarətdə saxlamaya bilmirlər. Öz uşaqlarını internetdəki arzuolunmaz məzmunlardan qorumaq istəyənlər üçün bu xidmət paketi çox önəmlidir. Zərərli saytlar dedikdə isə əsasən narkotik vasitələr, seksual məzmun, cinsi tərbiyə, qumar oyunları, qanunsuz və şübhə doğuran məlumatlı, davakar, ekstremist, parked domain, irqçi, nifrət ifadə edən, zorakılıq, silahlar və s. təbliğ edənlər daxildir. Proqram həmçinin valideynlərin fərdi şəkildə məhdudiyyət qoymasına da imkan yaradır. Mobil operator bildirir ki, paket təkcə mobil teıefon və smartfonlarda deyil, noutbuklarda da istifadə oluna bilər.

Bloka düşənlər arasında yerli saytlar da var

Virtual aləm real həyatdan heç də az təhlükəli deyil. Virtual cinayətlər, xuliqanlıq, zərərli, parnoqrafik, əxlaqsızlığı, aqressivliyi yayan materiallar və sosial təhlükəli məzmun, hətta intihara həsr olunan veb-səhifələr var. Bu cür təhlükələr uşaqlara ciddi psoxoloji və fiziki zərər yetirə bilər. Ona görə də uşaqların internet mühitində mövcud olan bütün mümkün təhlükələrdən müdafiə olunması vacib məsələdir. Enginet şirkətinin Baş kommersiya direktoru Aydın Əsgərovun sözlərinə görə, birbaşa bu məzmunlara yol açan sözlərin axtarışına məhdudiyyət qoyulub. Ümumilikdə istifadəsinə qadağa qoyulan 99 saytın arasında həm beynəlxalq, həm də yerli saytlar da var. Bu sahədə şirkət müvafiq dövlət qurumlarının hazırladığı "ağ və qara siyahı”dan da istifadə edib. Aktivləşdirmə zamanı arzuolunmaz məzmun sistem vasitəsilə mobil paketdən avtomatik olaraq filtrasiya ediləcək.

Əxlaqsız saytlar bloklanacaq - TƏFƏRRÜAT

Administratorla əlaqə

077 611-55-22

[email protected]