Əsas Səhifə / Xəbərlər

Xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri davam etdirilir.

17-06-2016, 16:35

 Xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibliyindən Xeberman.com - a verilən məlumata görə, Xaçmaz, Quba, Qusar, Lənkəran və Astara rayonlarında aparılan müşahidələr zamanı fərdi təsərrüfat sahələrində və parklarda əkilmiş ağacların, eyni zamanda meyvə bağlarındakı gavalı və tut ağaclarının Amerika ağ kəpənəyinə yoluxduğu aşkar olunub.

Amerika ağ kəpənəyinin birinci nəslinə qarşı 4858 hektar sahədə müşahidə işləri həyata keçirilib və 436 hektar sahədə sirayətlənmə qeydə alınıb.

İyunun birinci yarısından etibarən, ümumilikdə 148 hektar sahədə mexaniki, 210 hektar sahədə isə dövlət büdcəsi hesabına kimyəvi mübarizə tədbirləri aparılıb. Mübarizə tədbirlərinin "SKOUT-28S-300” markalı çiləyiciləri vasitəsi ilə aparılması, mübarizənin operativliyini və səmərəliliyini bir neçə dəfə artırıb.

Qeyd edək ki, hazırda Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]