Ölkə

ADAU-nun prorektoru 600 manatlıq qızıl saatı tələbədən niyə alıb?

16-05-2016, 12:03

Devalivasiya İbrahim Cəfərova da pis təsir edib, universitetdə pulla rüşvət almaq yığışır, əvəzində qızılla ödənişlərə start verilir

Ötən günlərdə ADAU-nun rektoru İbrahim Cəfərovun Facebookdakı dostlarının əksəriyyətini dostluqdan çıxardığı barədə məlumat vermişdik. Həmin yazıda rektorun haqqında yazılanlardan sonra narahatlıq keçirdiyi, ardından da Facebook dostlarını çeşidlədiyi qeyd olunur.

 
ADAU-nun prorektoru 600 manatlıq qızıl saatı tələbədən niyə alıb?
 
Bildirək ki, İbrahim Cəfərovun Rəsul Quliyev tərəfdarı olması, sabiq spikerin adamlarını başına yığmasına dair hələ xeyli əvvəldən mətbuatda yazılar dərc olunmuşdu. Hətta bu yaxınlarda təyin olunan dekanlardan birinin də məhz Rəsul Quliyevə yaxın şəxs olduğu aşkarlanmışdı.
ADAU-nun prorektoru 600 manatlıq qızıl saatı tələbədən niyə alıb?
 
İbrahim Cəfərovun Facebookda «soyqırım» həyata keçirməsinin tək səbəbi mətbuatın yazdıqları deyil, elə Gəncənin icra başçısının da rolu az olmayıb. Məlumatlarda vurğulanır ki, Elmar Vəliyev bu yaxınlarda İbrahim Cəfərovla görüşərək, ona Facebookdakı dostları arasında müxalifətçilərin çox olması, onları dostluqdan çıxarması barədə xəbərdar edib. Məsələdən qorxuya düşən Cəfərov, hətta bir neçə gün səhifəsini belə açmayıb. Sonra isə «soyqırım» əməliyyatına başlanılıb.
ADAU-nun prorektoru 600 manatlıq qızıl saatı tələbədən niyə alıb?
Maraqlı məqamlardan biri odur ki, ADAU-nun rektoru özünün ən yaxın dostlarını, hətta onu aktiv müdafiə edən şəxsləri də dostluğundan çıxarıb. Onlardan biri, hazırda Cəlilabadda yaşayan, eyni zamanda İbrahim Cəfərovun dostlarından sayılan Ramil Sadıqlı özünün Facebook səhifəsində çox maraqlı fikirlər açıqlayıb.
 
ADAU-nun prorektoru 600 manatlıq qızıl saatı tələbədən niyə alıb?
O yazıb ki, həqiqətən də İbrahim Cəfərov onu Facebookda dostluğundan çıxarıb. «Bu da heç səbəbsiz deyil. Deməli, ADAU-nun adının çəkilməsini istəmədiyi müəllimlərindən birinin verdiyi məlumata görə, İbrahim müəllimə bu qəti göstəriş Gəncənin icra başçısı Elmar Vəliyev tərəfindən gəlib. Gəncə İcra Hakimiyyətindəki yığıncaqlardan birində başçı İbrahim müəllimi möhkəm danlayıb. Ona deyib ki, «bu nədir? Facebookda bütün müxalifətçi yazarlar, jurnalistləri yığmısan dostluğuna. Rədd et onları, getsinlər». Dostumuz İbrahim müəllim bundan çox pərt olub. Evə döndükdən sonra nəinki bizi dostluqdan silib, hətta bir müddət Facebooku səhifəsini bağlamağa qorxusundan məcbur olub. İbrahim müəllim Elmar Xandan o qədər qorxub ki, hətta etdiyimiz zənglərə cavab vermir. Qorxur ki, İcra Hakimiyyətində bunu bilən olar». Ramil Sadıqlı daha sonra yazıb ki, Elmar Vəliyevin Gəncəyə «qan uddurduğu»nu bütün Azərbaycan bilir. Hətta onun hərəkətlərinin lətifəyə çevrildiyini də hamı xəbərdardır. «Amma sosial şəbəkələrə yersiz və mənasız müdaxilələr edərək, məmurlara dostluğunda kimin qalıb, yaxud da kimin qalmadığını müəyyənləşdirməyi göstəriş vermək orta əsr zehniyyətinin məhsuludur. Düşünürəm ki, belə adamlar gerizəkalıdırlar».
ADAU-nun prorektoru 600 manatlıq qızıl saatı tələbədən niyə alıb?
Sözügedən şəxs maraqlı bir məqamın da üzərinə gün işığı salıb. «Qaldı, prorektor Anar Hətəmovun universitetin torpaqşünaslıq ixtisasının tələbəsi Qarayev Elnur Əşrəf oğlundan (ad və fakultə şərtidir) 600 manatlıq qızıl saatı rüşvət almasına, bu məlumatı mən də bilirəm və onu etibarlı mənbələrdən almışam. Görünür, ADAU-nun rəhbərliyi rüşvəti pulla deyil, qızıl saatlarla alırlar».
ADAU-nun prorektoru 600 manatlıq qızıl saatı tələbədən niyə alıb?
İbrahim Cəfərov cəmiyyətdə müstəqil fikirləriylə tanınan, hüquqşünas Təyyar Zülfüqarovu da dostluğundan çıxarıb. O isə baş verənlərlə bağlı fikirlərini bölüşüb. «Mən heç bir siyasi partiyanın və qurumun üzvü deyiləm. Müstəqil şəxsəm, azəbaycanlıyam, azərbaycan vətəndaşıyam, kim istəsə dostluq edə bilərəm, kim istəməsə məcbur etmərəm və yalvarmaram. Məni indi heç kimə yalvaran vaxtım deyil, səmimiyyətə ehtiyacım var. Düz insanlarla əlaqə saxlamağa çalışıram. Kim istəsə dost ola bilərəm. Kim istəməsə yenə də özü bilər. Mənim səmimi insanlara ehtiyacım var. Bu belədir... Mən AZƏRBAYCANLIYAM! BİTƏRƏFƏM, amma söz sahibiyəm…” "Politika"

Administratorla əlaqə

077 611-55-22

[email protected]