Ölkə

İbrahim Cəfərov Rəsul Quliyevi dəstəkləyir - Eks spikerin dostu Elman Mövsümov dekan təyin olunub

2-05-2016, 16:45
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov növbəti qanunsuz əməli ilə diqqət mərkəzinə düşüb. Belə ki, rektorun nöqsan dolu və narazılıq yaradan fəaliyyətini geniş işıqlandıran mətbu orqanlar – saytlar və qəzetlərin oxunmasınaa qadağalar qoymağa çalışması, həmin yazıları oxuyub sosial şəbəkədə paylaşan şəxslərə hədə dolu mesajlar yollaması bizi narahat etməkdədir. Öz qanunsuz tələbini prorektor Nizami Seyidəliyev vasitəsilə həyata keçirməyə çalışan İbrahim Cəfərov universitetin müəllim kollektivini də hədələməkdən çəkinməyib.

Prorektor Nizami Seyidəliyevin müəllim və tələbələrə; "Kimin görsəm yazılan yazıları müzakirə edir rektora çatdıracağam. Nəticə bəllidir. Həmin adam kim olursa-olsun şələ-şüləsini yığıb rədd olsun burdan” kimi qəti qadağalar qoyması qəbul olunan deyil. Ən azından təhsil ocağnın nə Nizami Seyidəliyevin, nə də ki, İbrahim Cəfərovun şəxsi obyekti olmadığını anlamaq üçün düşünmək belə gərəkmir. Lakin adını ziyalı qoyan şəxslərin haqlı tənqidə bu cür reaksiya vermələri düzgün addım hesab olunmur. Bu şəxslərin qeyd olunan nöqsanları aradan qaldırması və fəaliyyətlərində müsbət dəyişikliklərə çalışmaları lazım olan anda yenə qanunsuz tələblər irəli sürmələri görünür hələ çox problemlərin yaranmasına səbəb olacaq.


Aqrar Universitetdə müəllimlərin aylıq maaşlarından müxtəlif adlarla kəsilmələrini qeyd etmişdik. Belə kəsilmələrn çoxu rektorun güya şəhərə gələn qonaqları yüksək səviyyədə qarşılaması və yola salması üçün təşkil olunan qonaqlıqlar adı ilə baş verir. Nəticədə universitetdə belə bir fikir formalaşır ki, İbrahim kişi olmasa Gəncədə nə qonaq qarşılayan olacaq nə də ki, onları yola salan. Nəticədə də Gəncə biabır olcaq.


İbrahim Cəfərovun tez-tez universitet kollektivinin 30% -ni dəyişməsi adi hala çevrilib. Universitetdə işə götürmələr zamanı ixtisasın vacibliyini unudan rektor şəxsi tələblərin ödənilməsini daha vacib şərt kimi qarşıya qoyur. Rektorun qanunsuz fəaliyyətin əsas prinsiplərindən biri də vaxtilə universitetdə dekan işlədiyi illər bəzi kafedralarda çalışan amma hörmətli professorla səmimi münasibəti olmayan müəllimləri cəzalandırmasıdır. Təsadüfü deyil ki, Aqrar Universitetə rektor təyin olunandan sonra bir neçə müəllim, kafedra müdiri və dekan rektorun şəxsi prinsiblərinin güdazına gedib, işindən olublar.


Rektor İbrahim Cəfərovun kadr seçimi də qəribə həm də gülüncdür. Dekanların əksəri hörmətli professorun qəbul otağında divara asılmayan və heç kitabda yazılmayan qatdalara 100%-li nəticə göstərəndən sonra "seçilirlər”. Baxmayaraq ki, yaxşı və təcrübəli kadrlar rektorun istəklərini nəzərə almasaq universitetə daha çox xeyir vermiş ola bilrələr. İbrahim Cəfərovun yazılmayan qaydalar əsasında förmalaşan kadr sistemi hazırda təhsil ocağında yaranmış özabaşınalıq və narazılıqlarda əsas səbəblərdən sayılır. Nəticədə böyük narazı müəllim kollektivi formalaşıb ki, bu da təhsil ocağının xoş olmayan gələcəyə aparır. Rektorun "mən universitetdə gəncləşmə siyasəti aparıram” kimi gülünc məntiqi ilə proseslərə yanaşanda məlum olur ki, professor digər tərəfdən haqsız olaraq insanları işsiz qoyur, təhsil ocağını isə özününküləşdirir.


Müəllimlərin narazılıqlarına biganə münasibəti ilə seçilən İbrahim Cəfərovun narazı kütlədən qorxmaması aşikardır. Rektorun istənilən halda cinayətkar aləmlə də sıx bağlılığı narazıları digər yollarla susdurmaq imkanını saxlayır. İbrahim müəllimin yaxın qohumunun "oğru aləmi” ilə bağlılığı və dəfələrlə yuxarı səviyyədə ifşa olunan bu faktın varlığı onun üçün sevindirici hal olsa da cəmiyyətdə birmənalı qarşılanmır. Ola bilsin ki, professorun işinə "nodarlar” bəzən yarayır. Amma insanlar ziyalı adamın öz qohumunu doğru yola dəvət etməməsi və bu qanundan kənar vasitələrdən öz şəxsi maraqları üçün yararlanması halına biganə qala bilmirlər. Və nəticədə Gəncədə "avtoritet rektor” ləqəbi də məşhurlaşır.


Aqrar Universitetin rəhbərliyinin tələbələrdən bir quruşun da alınmadığını önə çəkmələri diqqətdən yayınmır. Universitetin sosial şəbəkə "canavarlar”ı tez-tez "imtahanlarda tələbələrdən pul yığılmır, hamı əla oxuyur, tələbələr canımızdır. Bizi istəməyən bizdən deyil, düşməndir” kimi şablon fikirləri paylaşmaları əslində gerçəklikləri ifadə etmir. Sadəcə rektorun "narazılıq edən çıxsın getsin” kimi devizi məsum tələbələri ciddi qorxudur. Axı narazılıq edənlərə ən sərt mövqedə duran İbrahim Cəfərovdan qorxmamaq və şikayət etmək, tələbənin özünü və valideynlərinin illərlə zəhmətini yerə vurmasıyla nəticələnə bilər. İkincisi şikayəti kimə etsin yazıq tələbə? Universiteti "dost ansambılına” çevirən rektorun özündən özünəmi?

Aqrar Universitetdə adı olub özü işə gəlməyən şəxslər də var ki, onlar İbrahim müəllimin ən yaxınları hesab olunur. Həmin şəxslər sadəcə öz adlarına staj yazdırmaq və az da olsa pul almaq üçün rektorun yaratdığı imkandan bəhrələnirlər. 


Rektorun Universitetdə yaratdığı diktaturanı sosial şəbəkələrdə, hazırda mühacirətdə olan və müxalifət sayılan Rəsul Quliyevə yaxın saytlarda danmağa çalışanlar məqsədlərini gerçəkləşdirə bilmirlər. Onlar yəni İbrahim Cəfərovun ən yaxın ətrafı sayılan rəsulçuların bu gün Aqrar Universitetdə əsas söz sahibinə çevrilmələrinə göz yummaq istəməzdik. Əz azından təhsil ocağının siyasilərin mübarizə məkanına çevrilməsi yaxşı heçnə vəd etmir. Ola bilsin ki, hörmətli professor okeanın o tayında oturub hakimiyyətə qarşı savaşan Rəsul Quliyevə "səninləyəm” mesajını bu yolla vermiş olur. Lakin bu gün buna göz yuman aidiyyatı orqanların Aqrar Universitetdə baş verənlərə biganə qalmalarına təəssüf edirik. Onu da qeyd edək ki, Rəsul Quliyevin yaxın dostu və tərəfdaşı Elman Mövsümov universitetdə dekan vəzifəsinə gətirilib. Elman Mövsümov bir necə il öncə Rəsul Quliyevin rəhbəri olduğu partiyanın Gəncə şöbəsində sədr kimi çalışırdı. Şəhərdə indiki hakimiyyətə qarşı ən sərt mövqedə olan, daim qarşıdurmalar yaradan və hakimiyyət nümayəndələrini təhqir edən Elman Mövsümovun İbrahim Cəfərov tərəfindən mükafatlandırılmasına ad verə bilmirik. Növbəti saylarımızda biz İbrahim Cəfərova yaxın olan və yanında daldalanıb gələcək niyyətləri uğrunda savaşan rəsulçuların kimliyi, hansı vəzifədə oturmaları eləcədə Elman Mövsümovun yaxın keçmişdə hakimiyyətə qarşı hansı addımlar atdıqlarını da diqqətinizə çatdıracağıq. 

Mövzu ilə bağlı universitetdən qarşə tərəf kimi münasibət öyrənmək cəhdimiz yenə baş tutmadı. Universitetin Prorektoru Nizami müəllim, "nəinki, münasibət bildirəcəyik, bundan sonra sizin yazdıqlarınızı heç kim oxumayacaq. Sonunuz çox pis olacaq” kimi hədələri sorğumuzu cavablandırmaq arzumuzu yarımçıq qoydu. Amma Nizami müəllim unudur ki, qanunsuz əməlləri ifşa olunandan sonra qardaşı sandığı Abbas Abbasov da onun yanında yer almayacaq. Növbəti yazımızda Nizami Seyidəliyevin baş nazirin keçmiş müavini Abbas Abbasova olan qarşılıqlı sevgisinin əsl səbəbinə aydınlıq gətirəcəyik.

Bizi izləyin.

İkram Rafiqoğlu
Bakunews.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]