Ölkə

"Əbülfəz Elçibəy milləti bu hala salıb" - Nemət Pənahlıdan dəhşətli sözlər

12-05-2016, 10:23
"Mənim görüşümdə milli hərəkatın bu günə düşməyinin bir nömrəli günahkarı odur"
"Əbülfəz Elçibəy milləti bu hala salıb" - Nemət Pənahlıdan dəhşətli sözlər

"Nemət Pənahov "Azadlıq” meydanında  etdiyi çıxışlar kimi burda da "alovlu” nitq irad edirdi, bu dəfə hədəfi Elçibəy idi. Çıxışın hər cümləsində Elçibəy təhqir olunurdu, sonda isə Elçibəy haqqında satirik, təhqirlə dolu uzun bir şeir dedi”.   

Bu, keçmiş MTN zabiti İlham İsmayılın Moderator.az-da yayımlanan hələ çap olunmamış kitabından bir neçə cümlədir.
Hamıya sirr deyil ki, Nemət Pənahlı illər öncə sabiq prezident Əbülfəz Elçibəy haqqında kəskin ifadələr, hətta təhqir və həqarətlər belə səsləndiridi. 

Görəsən Nemət Pənahlı o zaman dediklərinə görə indi peşmandırmı?

Moderator.az əməkdaşının bu sualını cavablandıran Nemət Pənahlı Əbülfəz Elçibəy haqqında dediyi təhqirlərə görə heç də peşman olmadığını bildirib: 

"Mən inanmadığım şeyi heç vaxt demirəm, bir sözdə zərrə qədər şübhəm varsa o sözü heç vaxt istifadə etmirəm. Elçibəyi mənim qədər tanıyan adam yoxdur. Mən tanımışam və o vaxt haqqında da sözümü demişəm, mövqeyimi bildirmişəm. Dediyim heç bir sözdən də nə peşman deyiləm, nə də hesab eləmirəm ki, səhv demişəm. Səhv deməmişəm, az demişəm. Sadəcə olaraq müəyyən etik çərçivələrə görə, milli dəyərlərə görə hələ bir qədər güzəştə getmişəm. Mənim görüşümdə milli hərəkatın bu günə düşməyinin bir nömrəli günahkarı odur. Mən sovet imperiyası ilə, düşmənlə nə qədər mübarizə aparmışam, heç vaxt düşmənə uduzmamışam. Ancaq onun xəyanəti nəticəsində bu hərəkat indiki vəziyyətinə, millət bu günə düşüb”.

Rumiyyə

Administratorla əlaqə

077 611-55-22

[email protected]