Ölkə

Bərdədə biabırçı olay: İcra başçısının kabinetində saçyoldu davası - Sensasion təfərrüatlar

8-05-2016, 14:02
İcra başçısının müavini Fəqət Şadlinskya Vidadi İsayevin kabinetində Zaur Bəylərovun qaynansını niyə sürüyüb?

Son aylar Bərdə rayon icra başçısı Vidadi İsayevin ətrafında yaranmış problemlər səngimək bilmir. İcra başçısı xasiyyətcə yumşaq biri olsada ətrafında daha sərt məmurların olması və anlaşılmazlıqların baş verməsi Vidadi İsayevin özünü çətin vəziyyətə salıb. Bərdə icra başçısının əsas problemlərindən biri onun müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskayadır. Bərdədə hər kəs icra başçısının Şadlinskyanı nəyə görə müavin vəzifəsinə gətirməsini yaxşı bilir. Ancaq son aylar Fəqət Şadlinskya ilə Vidadi İsayevin digər yaxın adamı olan, keçmiş köməkçisi hazırda icra hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini daşıyan Zaur Bəylərovla ciddi probleminin olduğu deyilir. 

Bərdədən daxil olan ilginc məlumata görə bir neçə həftə bundan öncə Vidadi İsayevin kabinetində əməlli başlı saçyoldu davası baş verib. Bu davanın iştirakçılarından biri Fəqət Şadlinskya digər tərəfi isə Zaur Bəylərovun qaynansı olduğu bildirilir. Mənbəmiz qeyd edir ki, icra başçısının xanım müavini şöbə müdirinin qaynanasını başçının otağından sürüyərək çıxartmaq istəyirmiş. Lakin səs küyün böyüdüyünü görən Vidadi İsayev Zaur Bəylərovun qaynanasını Fəqət xanımın əlindən zorla alıb. İnformasiya mənbəmiz qeyd edir ki, Zaur Bəylərovun qaynanası Vidadi İsayevin i "ştatdan" kənar katibəsi işləyir. Belə ki, şöbə müdirinin qaynanası üçün icra başçısının otağının yanında yeni bir otaq tikilib və "ştatdankənar" xanım katibə burada icra başçısı üçün yemək, içmək məclisi düzəldir. Digər məlumatda isə deyilir ki, şöbə müdirinin qaynanası başçının və icra hakimiyyətinə gələn şəxslərə nəzarət etmək üçün otağında manitor quraşdırıb. 
Bərdədə biabırçı olay: İcra başçısının kabinetində saçyoldu davası - Sensasion təfərrüatlar
Mənbəmiz əslində icra hakimiyyətinə gələnlərin izlənməsini Vidadi İsayevin göstərişi olduğunu dedi. Əslində başçının bu məsələdə fikrinin tamam başqa bir şey olduğunu və şöbə müdirinin qaynanasının da Vidadi İsayevin bu marağını yüksək səvəyyədə təmin etdiyini iddia etdi. Yəni başçının "ştatdankənar" katibəsi üzərinə düşən məsuliyyətli işin öhdəsindən lazımınca gəlir. İcra başçısının kabinetindədə baş verən davanın məhz "ştatdankənar"katibənin Vidadi İsayevin yanında nüfuzunun artması və Zaur Bəylərovunda bundan istifadə edərək icra başçısına təsir gücünü çoxaltmasından qaynaqlandığı iddia edilir. Qeyd edək ki, Bərdə icra başçısı Vidadi İsyevin kabinetinin yanında ştatdankəran katibəsi üçün hansı səbəbə, marağa görə otaq tikdirməsini və Fəqət Şadlinskya ilə yaranmış söz söhbətin təfərrüatı ilə bağlı sabah oxucularımıza ətraflı məlumat verəcəyik. (azfakt.com)

Administratorla əlaqə

077 611-55-22

[email protected]