Ölkə

Bərdənin başçıısının üz qarası Zaur Bəylərovun reket macəraları

6-10-2016, 14:58

Başçının adından məmurlardan yenə xərac toplanırBərdədə yenə pulyığma kampaniyasına başlanıb

 


Politika.Az-a daxil olan xəbərə görə, yenə də məmurlardan xərac toplamağın başında Zaur Bəylərov dayanır.

Bərdə rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olan Z.Bəylərov oktyabrın 4-də, nahardan sonra tabeliyində olan 35 icra nümayəndəliyini tək-tək yanına çağırıb. 

Şöbə müdiri heç bir səbəb göstərmədən deyib ki, icra başçısı Vidadi İsayevin tapşırığı var. Göstərişə əsasən hər nümayəndəlik üç gün ərzində 2000 manat verməlidir. 

Bu tapşırıq icra nümayəndələrini şoka salıb. İcra nümayəndələrindən bir neçəsi buna etiraz edərək, ərizəsin yazıb getməyə hazır olduğunu bildirib. 

İqtisadi böhranın ən kəskin və dərinləşən dönəmində dotasiyasız yaşayan, rüşvəti azalan məmurlar təlaşlanıblar. 

Saytın əldə etdiyi xəbərə görə, bu zaman Z.Bəylərov onları hədələyib. 

RİH rəsmisi icra nümayəndələrinə deyib ki, problem deyil, ərizəni yazın, işdən çıxın, fəaliyyətinizi tətfiş edib, prokurorluğa verəcəm. 

Məlumata görə, icra nümayəndələrindən birinin vəziyyəti pisləşib, hazırda evdə müalicə olunur. İcra nümayəndələrindən bir neçəsi intihar etmək istəsə də, ailə üzvləri onları bu fikirdən daşındırıb. 

Qeyd edək ki, şöbə müdiri Zaur Bəylərov bundan öncə icra başçısı Vidadi İsayevin köməkçisi olub və dəfələrlə onun haqqında mətbuatda tənqidi yazılar yayımlanıb. 

Zaur Bəylərov oğlunun avtoxuliqanlğı nəticəsində bir gəncin ölümünə səbəb olduğuna görə işdən qovulan Tərtərin rayon İcra Hakimiyyətinin başçısının sabiq birinci müavini Vidadi Bəylərovun qardaşıdır. 

Sayt xəbər verir ki, Zaur Bəylərovun doğmaca dayısı Xalid adlı şəxs bir neçə il bundan öncə Tərtər RPŞ tərəfindən keçirilən əməliyyat zamanı evini priton etdiyinə görə, həbs olunub. 

Hansısa gizli əllər onu həbsdən buraxıb. Və Zaur Bəylərov Gəncənin icra başçısı Elmar Vəliyev klanının aktiv üzvüdür. 

Və Zaur Bəylərovun qaynanası icra başçısı Vidadi İsayevin şəxsi aşbazı, qaynatası isə Vidadi İsayevin sağ əlidir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]