Ölkə

Tanınmış meyxanaçı həbs olundu

7-05-2016, 00:16

Mahir Cürət barəsində həbs qətimkan tədbiri seçilib.

Pressaz.com xəbər verir ki, bu barədə ans press-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məlumat verib. Onun sözlərinə görə, meyxanaçı Corat qəsəbəsində saxlanılan zaman onun üzərindən narkotik vasitə hesab olunan heroin çıxıb və Mahir Cürət də ilkin dindirilmə zamanı günahını etiraf edib:

"O, ilkin ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib. Ötən gün onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılıb və barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib”.

Xatırladaq ki, Mahir Cürət mayın 3-də Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Kürdəxanı qəsəbəsindəki Penitensiar Xidmətin 1 saylı istintaq təcridxanasnda saxlandığı bildirilir. 


Tanınmış meyxanaçı həbs olundu

Administratorla əlaqə

077 611-55-22

[email protected]