Ölkə

Gəncədə yolu keçmək istəyən 3 piyadanı avtomobil vurub

13-10-2015, 00:17
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Dəmir Yol Vağzalı yaxınlığında baş verib. Gəncə şəhər sakinləri, 1990-cı il təvəllüdlü Eşqin Məmmədov onun bacısı, 1987-ci il təvəllüdlü Aytən Məmmədova və 1994-cü il təvəllüdlü Fərqanə Əlibəyova yolu keçmək istəyərkən hələ ki, markası məlum olmayan avtomobil tərəfindən vurulub. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

(musavat.com)

Administratorla əlaqə

077 611-55-22

[email protected]