Ölkə

Gömrük Komitəsi «protezli aksiya» keçirən əlillərə xəbərdarlıq edib - Video

5-03-2016, 19:35

«Bu tələbləri yerinə yetirilmədikdə həmin şəxslər asayişi pozmağa çalışır, vətəndaşların, eləcə də nəqliyyat vasitələrinin gömrük sərhəddindən normal keçidinə maneələr yaradırlar»-deyə komitə bildirir.

Dövlət Gömrük Komitəsi (DGK) xaricdən ölkəyə malların idxalı ilə məşğul olan və ödənişlə bağlı gömrük işçilərinin tələblərinə etiraz edən əlillərə xəbərdarlıq edib. Faktxeber.com -un məlumatına görə, bu barədə Komitənin yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir ki, kommersiya məqsədilə Gürcüstana səyahət edən bir qrup şəxs əlilliklərindən və cəmiyyətdəki bəzi statuslarından istifadə edərək son günlərdə bu ölkədən gətirdikləri şəxsi istehlak miqdarından artıq mallara görə, rüsum və vergiləri ödəməkdən imtina edirlər.

«Bu tələbləri yerinə yetirilmədikdə həmin şəxslər asayişi pozmağa çalışır, vətəndaşların, eləcə də nəqliyyat vasitələrinin gömrük sərhəddindən normal keçidinə maneələr yaradırlar»-deyə komitə bildirir.

Xatırladaq ki, Qarabağ müharibəsi əlilləri martın 2-də protezlərini çıxararaq Qazax Sınıq Körpü Gömrük Məntəqəsində etiraz aksiyası keçiriblər. Gömrük işçilərindən narazı olanlar bildirirlər ki, xaricdən satış üçün gətirdikləri malları əllərindən alıb qaytarmırlar. 


Administratorla əlaqə

077 611-55-22

[email protected]