Ölkə

38 yaşlı kişi Milli Məclisin qarşısında özünü yandırmaq istədi

28-01-2016, 02:33
38 yaşlı kişi Milli Məclisin qarşısında özünü yandırmaq istədi

Badamdar qəsəbə sakini, 1978-ci il təvəllüdlü Nağıyev Elçin Asif oğlu saat 14 radələrində Milli Məclisin qarşısına gələrək üzərinə yandırıcı məhlul tökərək özünü yandırmaq istəyib. 

Ərazidə olan polis əməkdaşları dərhal müdaxilə edərək intihara cəhdin qarşısını alıb.   E.Nağıyev 9-cu Polis Bölməsinə aparılıb və ifadəsi alınıb. Məlum olub ki, onun sələmçiyə xeyli borcu var və borcu ödəmək iqtidarında olmadığından həyatına qəsd etmək qərarına gəlib. Araşdırmalar davam etdirilir. //lent.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]