Ölkə

"Azərişıq"dan dünən işıqsız qalan ərazilər haqda açıqlama...

9-04-2017, 15:37
"Azərişıq"dan dünən işıqsız qalan ərazilər haqda açıqlama...
Dünən Qazax rayonunda güclü külək səbəbindən elektrik enerjisinin verilməsi dayandırılmışdı.

"Azərişıq" ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev Qafqazinfo”ya açıqlamasında bildirib ki, gecə güclü külək və qasırğa nəticəsində bəzi Qərb rayonlarında baş verən qəzalar qurumun əməkdaşları tərəfindən operativ şəkildə aradan qaldırılıb.

"Hazırda bütün ölkə ərazisində elektrik enerjisi təchizatı normaldır. Heç yerdə problem yoxdur", - deyə T. Mustafayev qeyd edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]