Ölkə

Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq - RƏSMİ

5-02-2017, 23:28
Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq   - RƏSMİ
Azəriqaz İstehsalat Birliyinindən Xeberman.com-a verilən məlumata görə, mədudlaşma istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində və üzərində quraşdırılmış avadanlıqlarda aparılacaq təmir işləri, qaz təchizatı şəbəkəsində aşkar edilmiş qaz sızmalarının ləğv edilməsi ilə bağlı nəzərdə tutulan işlərin icrası ilə əlaqədardır.

"Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq. “Azəriqaz” yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir" - qurumun məlumatında bildirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]