Ölkə

“Sonuncu Rəsulzadə” sənədli filmi artıq hazırdır - Video

27-01-2017, 17:05
“Sonuncu Rəsulzadə” sənədli filmi artıq hazırdır   - Video

Kult.az xəbər verir ki, A24.Az və “Halal nemət, min bərəkət”in birgə istehsalı olan filmdə Rəis Rəsulzadənin həyatı üzərindən nakam Rəsulzadələr nəslinin sürgündə və əzab-əziyyət içində yaşadığı günlərə nəzər salınıb.

Sərdar Aminin rejissoru olduğu sənədli filmdə Rəis Rəsulzadənin nənəsi, atası haqqında xatirələri, sürgündə keçirdiyi günlər, Qazaxıstandan Azərbaycana dönüşü və bugünkü fəaliyyəti əks olunub.

Sənədli filmin yanvarın 30-da təqdim ediləcəyi, Məhəmməd Əmin Rəsulzadənin doğum günündə - yanvarın 31-də isə sosial şəbəkəyə yüklənəcəyi gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]