Ölkə

Süd, ət, yumurta bahalaşıb

13-01-2017, 20:17

Süd, ət, yumurta bahalaşıb
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2016-cı ilin dekabr ayında noyabr ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2,0 faiz, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 2,5 və 1,5 faiz artıb.

Ay ərzində bitkiçilik məhsullarından buğda, arpa, kartof, xiyar, xurma, nar, naringi, armud, heyvanın istehsalçı qiymətində artım müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Dekabr ayında heyvandarlıq məhsullarından süd, mal əti, qoyun əti, yumurtanın istehsalçı qiyməti artıb, digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]