Media

Əməkdar jurnalistə "Lider"də vəzifə verildi

14-06-2017, 07:44

”Space" Müstəqil Teleradio Şirkətinin (Space TV) "Hər gün” informasiya proqramının keçmiş baş redaktoru, Əməkdar jurnalist Elman Gədikliyə vəzifə verilib.

BakuPost.az-ın əldə etdiyi məlumata görə, tanınmış jurnalist Lider televiziyasının Xəbərlər departamentinin baş redaktor müavini vəzifəsinə təyin edilib. Onun artıq bir neçə gündür, işə başladığı bildirilir.

Qeyd edək ki, E.Gədikli Milli Məclisin mətbu orqanı olan "Azərbaycan" qəzetinin baş redaktor muavini, AzTV-də Xəbərlər baş redaksiyasının baş redaktor müavini, Xəzər redaksiyasının isə baş redaktoru vəzifələrində çalışıb. Sonra fəaliyyətini "Space" televiziyasında davam etdirib, 11 il "Hər gün" xəbərlər xidmətinə rəhbərlik edib.

Prezident İlham Əliyev tərəfindən Azərbaycanda televiziyasının inkişafındakı xidmətlərinə görə "Əməkdər jurnalist" fəxri adıyla təltif edilib.

"Qızıl qələm" mükafatşısıdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]