Ali Media Mükafatının laureatlarının adları məlum oludu
Şuradan Xeberman.com - a verilən məlumata görə, MŞ İdarə Heyətinin üzvlərindən ibarət komissiya mükafatın 2016-cı il üçün laureatlarının müəyyənləşdirilməsi məsələsini nəzərdən keçirib. Müzakirələrdən sonra Ali Media Mükafatının 2016-cı il üçün laureatları təsdiqlənib. Laureatlara mükafatlar bu gün – 22 iyul 2016-cı il tarixdə milli mətbuatımızın 141 illiyi ilə bağlı "Altun saray” restoranında keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.
Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə - Media sahəsindəki uzunmüddətli
səmərəli fəaliyyətlərinə görə "525-ci qəzet”in baş redaktor müavini Seyfəddin
Hüseynli, "Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan,
jurnalist-publisist Aida Eyvazova, "Gəncənin səsi” qəzetinin baş redaktoru
Rəfiqə Sadıqova, jurnalist-publisist Rəşid Hüseynov təltif ediliblər. Ali Media
Mükafatının 2-ci dərəcəsi üzrə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri
Umud Rəhimoğlu Azərbaycan həqiqətlərinin təbliğindəki xidmətlərinə görə, Bakı
Media Mərkəzinin redaktoru Müsəllim Həsənov Media sahəsindəki uzunmüddətli
səmərəli fəaliyyətinə görə təltif olunublar.
Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva Azərbaycan
milli mətbuatının banisi Həsən bəy Zərdabinin yaradıcılığından bəhs edən "İşığa
gedən yol” romanına görə Ali Media Mükafatının 1-ci dərəcəsi üzrə laureat, yəni
qalib olub.
Qeyd olunub ki, Ali Media Mükafatı MŞ İdarə Heyətinin 6 iyul 2010-cu il tarixli
iclasının qərarı ilə təsis edilib. Mükafatının Əsasnaməsinə uyğun olaraq
Azərbaycanda jurnalistikanın inkişafı sahəsində çoxillik xidmətləri olan,
səmərəli fəaliyyətini indi də davam etdirən, həmçinin mediamızın çağdaş
problemlərinin həllində təşəbbüskarlığı və təşkilatçılığı ilə fərqlənən
şəxslərin əməyinin qiymətləndirilməsi əsas götürülüb.
Hər il 22 iyul Milli Mətbuat Günündə təqdim olunan mükafatın 3 dərəcəsi var.
İclasda birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 2, üçüncü dərəcə üzrə 5
laureat müəyyənləşdirilib.
Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə laureatların hər birinə 1000, 2-ci
dərəcəsi üzrə 2000 manat pul təqdim edilir. 1-ci dərəcə üzrə laureat isə 5000
manat pulla mükafatlandırılır.