Media

Jurnalistlərə mənzillərin verilməsinin qaydaları və şərtləri açıqlanıb

16-05-2017, 15:11

İkinci binada jurnalistlərə mənzillərin verilməsi üçün sənəd qəbulunun vaxtı məlum olub.

Xeberman.com Report-a istinadən xəbər verir ki, sənədlər may ayının 22-dən iyun ayının 22-dək komissiyaya təqdim edilməlidir.

Komissiya toplanan sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim edəcək.

Sənədlər iş günləri saat 10.00-dan 17.00-dək (nahar fasiləsi 13.00-dan 14.00-dək) KİVDF-nin ofisində qəbul olunacaq.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib ki, dünyanın heç bir ölkəsində dövlət jurnalistlərə mənzil tikib vermir: “İqtisadi çətinliklərə baxmayaraq bu məsələ gündəmdən düşmədi”.

Onun sözlərinə görə, sənəd qəbulu komissiyasının 9 üzvü var: “Onlardan üçü KİVDF-nin nümayəndəsi, üçü Milli Televiziya və Radio Yayımları Şurasının, digər üçü isə Mətbuat Şurasının nümayəndəsidir”.

11:11

Kütləvi informasiya vasitələrinin (KİV) əməkdaşlarına yeni binada mənzillərin verilməsinin qaydaları və şərtləri açıqlanıb.

Xeberman.com APA-ya istinadən xəbər verir ki, ən azı 3 il fasiləsiz fəaliyyət göstərən KİV-in (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet portalı və sayt) Komissiya tərəfindən müəyyənləşdirilmiş şərtə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini vermək hüquq var.

Televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd irəli sürə bilər.

Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-də isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]