Mədəniyyət

Manana: “Otel mənim yox, həyat yoldaşımındır”

25-12-2015, 08:12
Manana: “Otel mənim yox, həyat yoldaşımındır”
Müğənni Manana özünü aktrisa kimi sınayıb.  Musavat.com xəbər verir ki, bu haqda müğənni jurnalistlərin suallarına cavab verərkən danışıb. 

O bildirib ki, gürcü rejissorun çəkdiyi film yanvarda nümayiş olunacaq: "Mənim öz stilim var. Hələ ki, ağ saçlarım yoxdur. Ona görə də imicimdə dəyişiklik etmirəm.  Manananı qırmızı saçlarla görməyəcəksiniz. Əsas odur ki, insan kimi dəyişməyəcəyəm. Klipdə, filmdə dəyişik obrazda ola bilərəm. Gürcü rejissorun çəkdiyi yumoristik filmdə çəkilmişəm. Yanvarda təqdim olunacaq ekran işində fərqli Manana görəcəksiniz”.

Müğənni otel biznesi ilə məşğul olması xəbərlərinə də aydınlıq gətirib:"Rustavellidə mənim yox, həyat yoldaşımın oteli var. Bu məkan ailəmizindir. Mənim bizneslə işim yoxdur. Mən sənətimlə məşğulam. Həyat yoldaşım mənimlə tanış olmazdan əvvəl biznesmen idi. O uğur əldə etmiş insandır. Devalvasiyaya da hazırdır.  Ərim deyir ki, otel ikimizindir, mən də sözlərini hörmətlə qəbul edirəm. O mənim həyatımdır, mənə ondan başqa heç nə lazım deyil. Ən böyük uğurum sənətimdir və ailəmin xoşbəxtliyidir”.

Qeyd edək ki, Manana 2008-ci ildə  Georgi Qabelave adlı biznesmenlə ailə qurub. Cütlüyün iki övladı var. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]