Maraqlı

Azərbaycanda qəribə heyvan skeleti tapılıb

29-11-2015, 20:18
Azərbaycanda qəribə heyvan skeleti tapılıbAğcabədi rayonunda Azərbaycan faunasına yad olan qəribə heyvan skeleti tapılıb.

Xeberman.com saytı xəbər verir ki, heyvanın qəribəliyi onun yalnız iki ayağının olmasındadır.

Skeletin uzunluğu 1 metrə çatır. Heyvanın iki uzun ayağı var, iri dişləri ilə diqqət çəkir.

Skelet E.Bünyadov küçəsində yaşayan Səməd Abdullayevin evinin zirzəmisindən tapılıb. Ev sakini hesab edir ki, heyvan nə vaxtsa onun zirzəmisində yuva salıb.

Artıq iki gündür aşkar edilən naməlum heyvan skeletinə, hələlik heç bir mütəxəssis baxış keçirməyib. Ev sakinləri hadisə ilə əlaqədar kimə müraciət etməli olduqlarını bilmirlər.

Qeyd edək ki, bu heyvan növü 2014-cü ildə Lənkəran zonasında da aşkar edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]