Layihə

“Enactus” beynəlxalq proqramı üzrə XI Milli Yarış başa çatdı

30-05-2016, 21:20

“Enactus” beynəlxalq proqramı üzrə XI Milli Yarış başa çatdıQalib komanda Azərbaycanı Kanadanın Toronto şəhərində keçiriləcək Enactus Dünya Kubokunda təmsil edəcək

Artıq 11 ildir ki, "Bizim Sahibkarlıq Fəaliyyətimiz” (Enactus) beynəlxalq proqramı Azərbaycanda fəaliyyət göstərir. Enactus sahibkarlıq fəaliyyətinin gücü ilə dünyada inkişafa nail olmaq üçün tələbələri, akademik və biznes liderləri bir araya gətirən beynəlxalq proqramdır. Fakultə məsləhətçiləri, akademik liderlər və biznes mütəxəssislərin rəhbərliyi ilə, iştrakçı tələbələr insanların həyat keyfiyyətini və yaşam standartlarını inkişaf etdirməyə imkan verən birgə sosial biznes yönümlü layihələri yaratmaq və həyata keçirtmək üçün öz universitetlərində komanda formalaşdırırlar. Bu təcrübə nəinki həyatları dəyişir, “Enactus” beynəlxalq proqramı üzrə XI Milli Yarış başa çatdısabahın dəyərli və təsirli liderləri olmaq üçün lazım olan perspektivləri və bacarıqları inkişaf etdirməyə kömək edir.

Proqramın əsas məqsədi tələbələr arasında sahibkarlıq fəaliyyətini inkişaf etdirməkdən və gələcəyin sahibkarlarını yetişdirməkdən ibarətdir. Müvəffəqiyətli sahibkar olmaq üçün isə tələbələr müstəqil şəkildə qəralar vermək, marketinqin sirlərinə dərindən sahib olmaq, investisiya cəlb edə bilmək, mövcud iqtisadi şəraiti düzgün təhlil etmək kimi bacarıqlara sahib “Enactus” beynəlxalq proqramı üzrə XI Milli Yarış başa çatdıolmalıdır. Proqramın cəmiyyətdə ictimai faydalılığı, tələbə-gənclərə biznes liderlik və karyera təşəbbüslərini öyrətməklə, əməkdaş şirkətlərlə tələbə və məzunların mübadiləsi, həmçinin yerləşdirilməsində və iş yerləri ilə təmin olunmasında əhəmiyyətli imkanlar yaratmasından ibarətdir.Proqramın kulminasiyası, komandalar üçün layihələrin nəticələrini təqdim etməkdə forum rolunu oynayan və biznes liderlərinin hakim kimi onları qiymətləndirdiyi illik Milli yarışdır. Çempion komanda Dünya Kuboku uğrunda yarışa iştirak hüququnu qazanır.Bunun üçündə hər akademik il üçün gənclərlə iş üzrə proqram planı hazırlanır. Akademik ilin sonunda isə işlərin yekunu olaraq Universitet komandaları arasında ilk öncə Milli Yarış keçirilir. Qalib gəlmiş komanda isə "World Cup” “Enactus” beynəlxalq proqramı üzrə XI Milli Yarış başa çatdıyarışına vəsiqə qazanır.

Ənənəvi olaraq bu il də Monolit Plazada Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə XI Milli Yarış keçirildi. Enactus Azərbaycan Milli Yarışın ilk günü 12 komanda iştrak etdi. İştrak etmiş universitetlərin siyahısı aşağıda verilib:

Azərbaycan Dövlət İqtisad Universiteti,

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,

Azərbaycan Texnologiya Universiteti,

Azərbaycan Memarlıq və İnşaat Universiteti,

Gəncə Dövlət Universiteti,

Sumqayıt Dövlət Universiteti,

Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası,

Biznes Universiteti,

Xəzər Universiteti,

Azərbaycan Dillər Universiteti,

Azərbaycan Tibb Univesiteti.

İlk gün Monolit Plazada " Enactus Azərbaycan” Milli Yarış mərhələsinin açılışı, komandaların keçidi və püşk atma mərasimi keçirildi. Püşk atma mərasimində hansı komandanın neçənci çıxış edəcəyi məlum oldu. Eyni zamanda, "Kənd təsərrüfatı biznes sahəsi kimi” və "Azərbaycanın cari iqtisadi vəziyyətinin banklara və şirkətlərə təsiri və bundan çıxış yolları mövzusunda” forum keçirildi. Forumun keçirilməsində əsas məqsəd - yuxarıda göstərilmiş mövzularla əlaqədar olaraq tələbələrin, həmin sahələr üzrə fəaliyyət göstərən peşəkarların və biznes liderlərin birgə olaraq müzakirəsini və təhlilini aparması, həmin təhlillər əsasında tələbələrin təkliflər hazırlanması və forumun nəticəsi olaraq hazır məhsul kimi təqdim edilməsi idi.

Yarışın ikinci günü Monolit Plazada 2015 – 2016 –cı akademik il üzrə Enactus komandalarının yarışı keçirildi. Yarışda Enactus komandaları işlədikləri layihələri və onların real nəticələrini təqdim etdilər. "Enactus Azərbaycan” XI Milli Yarışında 5 komanda " Enactus Azərbaycan Çempionu- 2016” adı uğrunda mübarizə apardılar. Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası həmin ada layiq oldu. Yarışmada ikinci yerin sahibi isə Sumqayıt Dövlət Universiteti oldu. Yarışda həmçinin birinci və ikinci yerlərlə yanaşı 5 nominasiya üzrə layihələr dəyərləndirildi. Burada "Ən Yaxşı İnnovasiya" nominassiyası üzrə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının "Life Keeper" layihəsi, "Ən Yaxşı Biznes Layihəsi" nominasiyası üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin "Perfect Pictures" layihəsi, "Ən Yaxşı Sahibkarlıq Yanaşması" nominasiyası üzrə Sumqayıt Dövlət Universitetinin "Qoza" layihəsi, "Ən Yaxşı Sosial layihə" nominasiyası üzrə Gəncə Dövlət Universitetinin "Gəncə Suvenirləri " layihəsi, "Ən Yaxşı İT layihəsi" nominassiyası üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Gaf.Card" layihəsi qalib gəldi.

Azərbaycan Respublikasının Przidenti yanında Dövlət İdarəçilik Akademiyası 27-29 Sentyabr 2016- cı il tarixlərində Kanadanın Toronto şəhərində keçiriləcək Enactus Dünya Kuboku Yarışında Azərbaycanı təmsil etmək üçün vəsiqə qazandı.

Enactus Azərbaycan XI Milli Yarışında Azərbaycan Respublikasının Preszidentinin Administrasiyası, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-a Dövlət Dəstəyi Şurası və Gənclər Fondunun nümayəndələri, Azərbaycanın öndə gedən şirkətləri və bankları iştrak edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]