Layihə

Çernobıl faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

26-04-2016, 16:47

Çernobıl faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.Nərimanov Rayon İcra Hakimiyyətində Çernobıl faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Xeberman.com xəbər verir ki, öncə Çernobıl qəzasının dəhşətli nəticələrinin aradan qaldırılması zamanı və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş bütün soydaşlarımızın xatirəsi ehtiramla anılıb.

Rayon rəhbərliyi və rayonda yaşayan Çernobıl əlillərinin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova Çernobıl faciəsinin törətdiyi böyük maddi və mənəvi zərərdən söz açaraq, faciənin bəşəriyyətə və sonrakı nəsillərə vurduğu ağır nəticələr barədə məlumat verib.

İ.Mahmudova düz 30 il əvvəl, yəni 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda yanğının baş verərək alovun 3 bloku bürüdüyünü, hadisədən sonra həyat üçün təhlükə kəsb edən radioktiv dumanın yarandığını və nəticədə 17 milyon insanın yaşadığı 11 rayonun atmosferinin zəhərləndiyini, qəza Çernobıl faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.nəticəsində Ukraynada 4400 nəfər həyatını itirdiyini, onlardan çoxunun partlayışın nəticələrinin aradan qaldırılması üçün əraziyə cəlb edilmiş fəhlələr olduğunu, ümumilikdə faciə zamanı 7000-ə yaxın insanın həlak olaraq, 25 min nəfərin güclü radiasiya nəticəsində ömürlük şikəstliklə üzləşdiyini və bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yarandığını qeyd edib.

Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev həmçinin, qəzanın nəticələrinin aradan qaldırılması ücün 1986-ci ildə Çernobıla 7 min azərbaycanlının da göndərildiyini və onların 2000 nəfərdən çoxunun şüalanmadan vəfat etdiyini xatırladıb.

Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən xalqımızın Ümummilli Lideri Heydər Çernobıl faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.Əliyevin ikinci dəfə dövlət rəhbərliyinə qayıdışından sonra bu qəzanın ləğvində iştirak etdiyini və həmin faciədən zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında Sərəncamlar imzaladığını xüsusi olaraq vurğulayan İ.Mirzəyev bunun ölkəmizdə Çernobıl əlillərinə diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib. 

Sonda Çernobıl əlillərinə yardım göstərilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]