Layihə

"Milli Qəhrəmanlarımızı gəncliyimizə tanıdaq" layihəsinin növbəti qəhrəmanı - Seymur Məmmədovu

17-04-2016, 14:15
"Milli Qəhrəmanlarımızı gəncliyimizə tanıdaq" layihəsinin növbəti qəhrəmanı - Seymur Məmmədovu Bu gün Bütöv Azərbaycan Mühafizəkarları Təşkilatı olaraq köhnə layihəmiz olan "Milli Qəhrəmanlarımızı gəncliyimizə tanıdaq" layihəsinin növbəti qəhrəmanı - Seymur Məmmədovu gəncliyimizə tanıtmaq məqsədi ilə "Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin ofisində qəhrəhanımızın döyüş yoldaşlarının iştiraki ilə dəyirmi masa təşkil edildi. Bir zamanlar Millimizin və Qarabağımızın oyunlarında Milli Qəhrəmanlarımızın pankartlarını açmaqla, oyundan öncə qəhrəmanlarımızın həyatı haqqında bilgiləri sizinlə paylaşmaqla layihəmizi həyata keçirirdiksə, bu gün isə bu işin formatını bir balaca dəyişdik. Sizlər üçün Milli Qəhrəmanlarımız haqqında bilgiləri onların döyüş yoldaşlarının dilindən eşitməyin maraqlı olacağını nəzərə alaraq, belə bir layihəni həyata keçirməyi qərara aldıq. Bu günki tədbirimizdə Milli Qəhrəmanımız Seymur Məmmədov haqqında onun komandiri Mobil Yusifov və döyüş yoldaşlarından olan Yaşar Aslanov, Alman Abbasov və Faiq Məmmədov onunla bağlı xatirələrini gənclərimizlə bölüşdülər. 
Tədbirdə həmçinin Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov, Məşəl Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədr müavini Taleh Əhmədov, "Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Növrəstə Yusifova və "Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin beynəlxalq əlaqələr üzrə sədr müavini Elnarə Məhərrəmova iştirak etdilər. 
Tədbirimizin ərsiyə gəlməsində bizə dəstək olan hər kəsə öz minnətdarlığımızı bildiririk.

Administratorla əlaqə

077 611-55-22

[email protected]