Kriminal

MTN-nin sabiq polkovniki türmədə özünü asdı -YENİLƏNİB

20-12-2015, 15:42
MTN-nin sabiq polkovniki türmədə özünü asdı -YENİLƏNİBLəğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, polkovnik İlqar Əliyev özünü öldürüb.

Xeberman.com-un APA-ya istinadən məlumatına görə, İ. Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BIT) özünü asıb.

Hazırda hadisə yerində müayinə aparılır. Ədliyyə Nazirliyi Penitensiar Xidməti faktla bağlı məlumat yayacaq.

İ. Əliyevin vəkili Rəşad Mirmehdizadə APA-ya açıqlamasında hadisə barədə mətbuatdan xəbər tutduğunu bildirib. Vəkil hazırda hadisənin baş verdiyi BİT-də olduğunu deyib.

Qeyd edək ki, İ. Əliyev MTN-lə bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs olunub.

18:28

Eldar Mahmudov MTN naziri vəzifəsindən qovulandan sonra onun ifşa edilən cinayətkar dəstəsinin əsas üzvlərindən biri, MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında özünü asıb.

Oxu.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həbsdə olan İlqar Əliyev təxminən 1 saat əvvəl intihar edərək özünü öldürüb.

Qeyd edək ki, İlqar Əliyevin barəsində oktyabrda Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirdi və Bakı İstintaq Təcridxanasına köçürülmüşdü.

Administratorla əlaqə

077 611-55-22

[email protected]