Kriminal

Tovuzda qayınata kürəkənini bıçaqlayıb

26-09-2016, 01:46
Tovuzda qayınata kürəkənini bıçaqlayıb

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə rayonun Qovlar şəhər sakini, 1983-cü il təvəllüdlü Ruslan İsmayılov bel nahiyəsinin bıçaq xəsarəti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
 
Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə R. İsmayılov mübahisə zəminində qayınatası Vitalik Cəfərov tərəfindən bıçaqlanıb.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]