Kriminal

Salyanda üç gün əvvəl yoxa çıxmış kişinin meyiti tapılıb

24-09-2016, 19:25

Salyanda üç gün əvvəl yoxa çıxmış kişinin meyiti tapılıbSalyanda üç gün əvvəl yoxa çıxmış rayon sakini, 1964- cü il təvəllüdlü İsmayılov Yaqub Gülhüseyn oğlunun meyiti Kür çayından tapılıb.

Xeberman.com-uVirtualaz.org-a istinadən məlumatına görə, cəsəd FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suya düşərək batdığı ehtimal olunan yerdən 22 kilometr aralıda Salyan rayonunun Xocalı kəndi ərazisində tapılıb.

Qeyd edək ki, Yaqub İsmayılovun evi Salyan şəhərində Kür çayının sahilində yerləşir. Hadisə baş verən gün sentyabr ayının 21-də axşam saatlarında həyat yoldaşına hava almaq üçün Kür çayının sahilinə getdiyini deyib və elə o vaxtdan da ondan bir xəbər yox idi. Amma Yaqub İsmayılovun Kür çayında boğulma ehtimalı yarandığından FHN-nin DSXX-nin əməkdaşları 3 gün idi ki, Kür çayında intensiv axtarışlara başlamışdılar.

Hüquq-mühafizə orqanlarında baş vermiş hadisə ilə bağlı arşdırmalara başlanılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]