Kriminal

Dəm qazı faciəsi: 2 nəfər öldü, daha bir şəxs kritik haldadır

11-12-2015, 12:31
Dəm qazı faciəsi: 2 nəfər öldü, daha bir şəxs kritik haldadırDekabrın 10-da Sabunçu rayonunun Zabrat qəsəbəsi sakinləri dəm qazından zəhərləniblər.

Xeberman.com-un DİN-in saytına istinadən verdiyi xəbərə əsasən, Zabrat qəsəbəsində yaşayan Lentruş İsmayılov evində dəm qazından zəhərlənərək ölmüş, arvadı Firuzə isə xəstəxanaya yerləşdirilmişdir.

DİN-in saytında verilən digər məlumata görə, elə həmin gün Suraxanı rayonunun Zığ qəsəbəsində yaşayan Nigar Yarəhmədova evində dəm qazından zəhərlənərək ölmüşdür.

Araşdırmalar aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]