Kriminal

Xırdalanda ikimərtəbəli ev yanıb

25-07-2016, 02:30
Xırdalanda ikimərtəbəli ev yanıb

Xeberman.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 225 kvadrat metr olan ikimərtəbəli mansard tipli evin həyətyanı sahəsində tikilmiş ümumi sahəsi 18 kvadrat metr olan tikilinin dam örtüyünün yanar konstruksiyaları, ərazidə 100 kvadrat metr sahədə quru ot və 15 kvadrat metr sahəyə yığılmış taxta materialları yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]