Kriminal

Metroda oğruluq edən qadın ələ keçdi

4-03-2016, 14:19
Metroda oğruluq edən qadın ələ keçdi

Bakı metrosunda oğurluqda şubhəli bilinən qadın tutulub.

Daxili İşlər Nazirliyindən Xeberman.com-a verilən məlumata görə, oğurluq hadisəsi martın 2-də baş verib.

Belə ki,  martın 2-də Ülkər Tarverdiyevaya və Şəhla Əliyevaya məxsus ümumilikdə 76 manat oğurlanıb. 

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də 76 manat oğurlamış Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Turac Məmmədova tutulub.

Saxlanılan zamanı, ondan 0,207 qram heroin götürülüb.

Araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]