Kriminal

Belorus fövqəladə hallar nazirinin müavini HƏBS EDILDI

21-03-2017, 17:32
Belorus fövqəladə hallar nazirinin müavini Dmitriy Bequn rüşvət almaqda şübhəli sayılaraq həbs edilib. İstiPress-in RİA-ya istinadən verdiyi xəbərə görə, bunu bu gün Belorus prezidenti Aleksandr Lukaşenko bildirib.

A.Lukaşenko deyib ki, qanun qarşısında hamı bərabərdir və general rütbəsində olan D. Bequnu minimum 8 ilə qədər həbs gözləyir.

Belarus prezidenti qeyd edib ki, D. Bequn təhlükəsizlik normalarına zidd olaraq tikilmiş obyektin istismara verilməsinə icazə üçün biznesmendən rüşvət almaqda şübhəli sayılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]