Dünya

Lukaşenko dünyanı necə xilas etməyin yolunu dedi

30-09-2016, 21:01
Belarus güclü Çinin iştirakı ilə çoxqütblü dünyanın olması tərəfdarıdır.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə prezident Aleksandr Lukaşenko çıxış edib. 

"Yalnız çoxqütblü dünya bizim planeti qoruya və dağılmaqdan xilas edə bilər. Heç bir sistem bir dayaq üstündə uzun müddət qala bilməz. Onların sayı nə qədər çox olarsa, sistem o qədər güclü olar. Bu çoxqütblülüyün və dayanaqlığını dayaqlardan biri də Çindir” - Lukaşenko Pekin universiteti tələbələr qarşısında çıxış edərkən belə deyib.

O, Çinin güclü olacağı təqdirdə Belarusun da müstəqil olaraq qalacağını deyib:

"Qüdrətli və güclü Çin olduqca, Belarus da suveren və müstəqil qalacaq” – Lukaşenko belə deyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]