İslam

5 il İslam əleyhinə təbliğat apardı, əsərlər yazdı, görün sonda nə oldu...

3-05-2016, 21:13
ALiMLƏRİ HEYRƏTDƏ QOYAN ALiM.

Avstraliyalı elm adamı "Makkeni Human" 20 il Quranla vuruşdu...
Bir gün Quranda bir ayətə rast gəlir və deyir: "Nəhayət ki mən bu kitabda nöqsan tapdım!!!"
Həmin ayə Quranın Nəml surəsinin 18-ci ayəsi idi:
حَتَّىٰ إِذَا أَتَوْا عَلَىٰ وَادِ النَّمْلِ قَالَتْ نَمْلَةٌ يَا أَيُّهَا النَّمْلُ ادْخُلُوا مَسَاكِنَكُمْ لَا يَحْطِمَنَّكُمْ سُلَيْمَانُ وَجُنُودُهُ وَهُمْ لَا يَشْعُرُونَ
"Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman (ə) və ordusu özləri də hiss etmədən sizi sındırmasınlar!” (Nəml sürəsi, ayə 18)
Məsələ burasındadır ki, bu ayədə keçən "Yəhtimənnəkum" feli ərəb dilində şüşənin sındırılmasına deyilir. Yəni bu kəlmənin alternativi yoxdur və ərəblər şüşənin sınmasına "Yəhtimənnəkum" deyərlər. Məntiqi baxımdan zahiri mənada alimin iddiası doğrudur. Çünki "sındırmaq" və "əzmək" sözü fərqli-fərqli məna daşıyan kəlmələrdir və zahirən burda "Yəhtimənnəkum" ("Sındırarlar") sözü yerinə düşmür. Əslində Makkeni özü də ərəb dilini bilən şəxs olduğundan bu məsələdə iddia edir. Və bu barədə düz 5 il Quranın əleyhinə neçə-neçə kitablar yazır.
Nəhayət bir gün Almaniyada keçirilən elmi bir simpoziuma qatılır. Orda uzun-uzadı çıxışlar edir və tədbirin sonunda Alman təbiətşünas "Şröder Hayngeldorf" onu öz evinə qonaq aparır. Və qonağına darıxmamaq üçün təbiət barəsində ümumdünya zooloqların ensiklopedik nəzəriyyəsini verir. Makkeni bir qədər oxuduqdan sonra şok olur və gecənin bir aləmi başlayır otağında qışqırmağa.
Ev sahibi soruşur:
- "Sizə nə oldu?" 
Makkeni buyurur:
- "Cənab burda yazılanlar doğrudur?"
Ev sahibi deyir:
- "Əlbəttə doğrudur. Mən sizə ümumdünya zooloqların nəzərini, elmi kəşflərini vermişəm, necə məgər?"
Makkeni buyurur:
-"Elə bu dəqiqə mənə bilet sifariş verin, evə qayıtmalıyam, elə bu dəqiqə!!!"
Məsələ burasındadır ki, zoologiya elminə görə qarışqaların bədənlərinin üz qabığı 70 faiz şüşə elementlərindən təşkil edilir. Yəni qarışqanın zahiri bədən qəlibi 70 faiz şəffaf şüşədir.
Əgər siz minlərlə qarışqaları ovcunuzda sıxsanız onların necə xırçıldayaraq ovcunuzda şüşə kimi sındığını eşidərsiniz. Məhz bu üzdən hikmətli və bənzərsiz alim olan Allah Quranda həmin ayədə sındırmaq mənasını ifadə edən "Yəhtimənnəkum" kəlməsini gətirir. Makkeni 20 il ərzində yazdığı bütün elmi işlərini yandırdı və onlara elə özü indi də rəddiyə (onların əksini sübut edən elmi işlər) yazaraq öz səhvini etiraf elədi.
5 il İslam əleyhinə təbliğat  apardı, əsərlər yazdı, görün sonda nə oldu...
.

Administratorla əlaqə

077 611-55-22

[email protected]