İslam

Kişidə pis, qadında yaxşı olan xislətlər

20-04-2016, 15:44

Kişini pis göstərən, qadında isə bəyənilmiş hesab edilən xislətlər hansılardır?

İbadət, Allaha itaət və şəriətin hökmlərinə əməl etmək məsələsində qadınlara xüsusi imtiyaz verilməyib. Bəzi şəriət hökmləri məsələn cihad kimi qadınların yaradılışı və fiziki qüvvəsini nəzərə alaraq, onlara vacib edilməyib. Allah hər bir şəxsi yalnız onun bacarığı qədərində mükəlləf edir. Amma bəzi əxlaqi xislətlərin qadında olması yaxşı və bəyəniləndirsə bunun kişidə olması bəyənilmir. Bu haqda İmam Əlidən maraqlı bir hədis var ki, hazırki dövrdə cəmiyyətdə baş verən aktual problemlərin (xüsusilədə boşanma məsələləri) həllində açar rolunu oynayır. Nəhcul-Bəlağənin 234-cü hikmətində İmamdan belə nəql olunur: "Qadınların xislətlərinin ən yaxşısı, kişilərin xislətlərinin ən pisi sayılır: Qürur, qorxaqlıq və paxıllıq. Çünki qadın qürurlu olsa (naməhrəm kişilərə qarşı təkəbbürlü olsa) özünü naməhrəmin ixtiyarına verməz. Qadın paxıl (əlibağlı) olsa  öz və ərinin malını dağıtmaz. Qadın qorxaq olsa, ona gələn təhlükələrdən (məsələn aldanma) xoflanıb uzaqlaşar”

 Kişidə pis, qadında yaxşı olan xislətlər

Administratorla əlaqə

077 611-55-22

[email protected]