Gündəm

Sabah 8 Martdır!

29-03-2016, 01:34
Xeberman.com - Sabah miladi tarixlə 30 Martdır, 8 Mart yox. 8 Mart haqda məlumatı olanlar çox yaxşı bilirlər ki, 8 Mart qadınların öz haqlarını qorumaq üçün etiraz aksiyası keçirdiyi gündür. Deməli 8 Mart etiraz günü olub, bayram günü yox. Bu haqda özünüz geniş mütaliə edə bilərsiniz.
30 Marta gəlincə. Madam ki, qadınlar üçün bayram günü keçirtmək istəyirik, olmaz ki bu günü qadınlarla bağlı olan bir gündə qeyd edək? İkinci bir məsələ budur ki, biz hansı qadını nümunə seçək? Necə bir nümunəvi xanım seçək ki, bütün dünya xanımları onun ətrafında cəm ola bilsinlər? Başqa sözlə, hansı qadında o mənəvi cazibə var ki, bütün dünya xanımlarına mehriban bir ana kimi, qucaq aça? Bu qadın peyğəmbərlik (s) ailəsindən çıxan və peyğəmbərin (s) "bu xanım dünya və axirət xanımlarının seyyidəsidir” dediyi şəxs olsa necə? Olmaz ki, "8 Mart” adı ilə keçirilən və əsli bayram belə olmayan bir günün yerinə Hz Fatimənin doğum gününü qeyd edək və həmin günü qadınlara həsr edək? O Fatimə ki, əziz İslam peyğəmbərinin (s) ciyəparəsi, gözlərinin nuru, qollarının qüvvəti, dizlərinin taqəti olmuş, cismi, ruhi və mənəvi baxımdan atası peyğəmbərə (s) ən çox bənzəyən idi. O Fatimə ki, atasına bir ana kimi qayğı göstərmiş və beləlikə Allah Rəsulu (s) ona "atasının anası” mənasına gələn "Ümmi- Əbiha” ləqəbini vermişdir. O Fatimə ki, kor bir səhabə (Ümmi Məktum) peyğəmbər (s) hüzuruna gəldikdə, o pərdə arxasına çəkilmiş, atasının qızım onun gözləri kordur, o ki səni görmür dediyində, ata mən ki, onu görürəm deyə qarşılıq vermişdi. Yenə bir gün Allah Rəsulunun (s) "qadın üçün ən xeyirli iş hansıdır” sualına ətrafındakılar müxtəlif suallar verdiyində, Allah Rəsulu (s) buna qane olmadı. Bu sualı eyni ilə qızı Fatiməyə ünvanladıqda Hz Fatimə, "qadın üçün ən xeyirlisi budur ki, nə naməhrəm onu görsün, və nə də o naməhrəmi görsün” deyə cavab vermiş və bir cümlə ilə dünya dolusu ibrətləri gözlər önünə sərmişdir. Bu cür misilsiz əxlaqi nümunələri o xanımın həyatında çox görmək olar. Sözün xülasəsi budur ki, gəlin qadınlara həqiqi mənada İslam buyuran kimi qiymət verək. Klara Setkinlərdən deyil, həqiqi nümunələrdən örnək alaq və yaşayaq. Bütün xanımları Hz Fatimənin (s.ə) doğum günü münasibəti ilə təbrik edirik.
Qeyd: Sosial şəbəkələrdə maraqla izlənilən bir video çarxı da sizinlə paylaşmaq istədik.
 
Sabah 8 Martdır!

Administratorla əlaqə

077 611-55-22

[email protected]